Metroda balta ilə insanları hədələyən şəxs SAXLANILDI
Bu gün “TikTok” sosial şəbəkəsi üzərindən bir nəfərin parçaya bükülmüş halda baltaya oxşar əşyanı nümayiş etdirərək insanları hədələdiyini əks etdirən görüntü paylaşılıb.
DİN-in Mətbuat Xidmətinin bölmə rəisi Zeyni Hüseynov Modern.az-ın sorğusuna cavab olaraq bildirib ki, qeyd olunan videonu paylaşan şəxsin 39 yaşlı Roman Məmmədov olması müəyyən edilib və saxlanılıb.
İlkin dindirilmə zamanı R.Məmmədov törətdiyi xuliqanlıq əməlini etiraf edərək bu tip videoları sosial şəbəkələrdə məşhurlaşmaq məqsədilə çəkdiyini, fərdi qaydada təmir-tikinti işləri ilə məşğul olduğunu və uzun müddətdir ki, o da digər ustalar kimi təmir alətləri ilə metrodan istifadə etdiyini bildirib.
“Bu gün insanlar ictimai nəqliyyatdan – avtobuslardan, eləcə də metrodan istifadə edərkən üzərində olan belə təsərrüfat alətləri ilə işə gedib-gəlirlər. Metrodakı müşahidə kameralarına da baxdıqda həmin şəxsin gündəlik olaraq əşyalarının polis əməkdaşları tərəfindən yoxlanıldıqdan sonra metroya daxil olması görünür. Odur ki, belə əşyaların metroya keçirilməsi orada xidmətdə olan polis əməkdaşlarının nəzarətinin zəif olması anlamına gəlməməlidir”, – açıqlamada qeyd olunub.
Hazırda faktla bağlı cinayət işi başlanılıb, istintaq tədbirləri həyata keçirilir.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Fazil Mustafa: “Direktorun işdən çıxarılmasını doğru hesab etmirəm”
DİN Sumqayıtdakı qətllə bağlı məlumat yaydı
Dünyanın ən seksual hakimi: "Gözəlliyim meydanda ..." - FOTOLAR
Abid Şərifovun şirkəti 6 aydır maaş vermir, fəhlələr tətilə başlayıb
Kremldən İlham Əliyev və Paşinyanın Moskva görüşü ilə bağlı AÇIQLAMA
Ölkədə ev tikmək qaydaları qəlizləşdi