Messi karyerasında 6-cı dəfə "Qızıl buts"a sahib olub
İspaniyanın “Barselona” klubu futbolçusu Lionel Messini karyerasında 6-cı dəfə “Qızıl buts” mükafatını alması münasibətilə təbrik edib.
“Report”un məlumatına görə, argentinalı hücumçu La Liqada 34 oyuna 36 qol vurub və 13 məhsuldar ötürmə edib.
O, hər iki göstəricidə birinci yeri tutub. Messinin “Qızıl top” uğrunda mübarizədə ən yaxın rəqibi Fransa PSJ-sinin forvardı Kilian Mbappe olub. Mbappe 3 qol az vurub. Üçüncü yeri 26 qolla İtaliya “Sampdoriya”sının hücumçusu Fabio Kvalyarella tutub.
“Qalatasaray”ın oyunçusu Mbaye Dyan 30 qol vursa da, “Top-5″lə müqayisədə Türkiyə Super Liqasının əmsalı 2 yox, 1,5 olduğu üçün o, 4-cü yerlə kifayətlənib. 5 – 11-ci yerlərdə isə hərəyə 22 qola malik Məhəmməd Salah, Sadio Mane (hər ikisi “Liverpul”, İngiltərə), Robert Levandovski (“Bavariya”, Almaniya), Nikolya Pepe (“Lill”, Fransa), Duvan Sapata (“Atalanta”, İtaliya), Pyer-Emerik Obameyanq (“Arsenal”, İngiltərə), Kşiştof Pyontek (“Milan”, İtaliya) tutub.
Qeyd edək ki, Lionel Messi daha əvvəl 2010, 2012, 2013, 2017 və 2018-ci illərdə də “Qızıl buts”a sahib olub.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
ABŞ-da ermənini idmandan ömürlük uzaqlaşdırdılar: görün nələr edib
Zelim Kotsoyev dünya çempionatına qələbə ilə başladı
Azərbaycanın səkkiz boksçusu U-17 Avropa çempionatında yarımfinala yüksəlib
Heyətinə görə ən dəyərli komanda: “Real” artıq tək deyil
AFFA klubda maaşların verilməməsi ilə bağlı yoxlamalar aparır
Ronaldinyo Messiyə: Həyatdan zövq al, qardaş
Rüstəm Orucov: Hidayət Heydərov böyük idmançı olaraq qalır