Messi ilə bağlı şok qadağa: toxunmaq yasaqlandı
Rusiyadakı dünya çempionatındakı uğursuzluqdan sonra milli komandadan imtina edən Lionel Messi aylar sonra yenidən Argentina forması geyinməyə hazırlaşır.
“Barselona”nın ulduzu Venesuella və Mərakeşlə yoxlama oyunlarına dəvət alıb. Afrika mətbuatında yayılan xəbərə görə, Mərakeşlə oyun öncəsi Messini qoruma üçün bir anlaşma əldə olunub.
Anlaşmaya görə, Mərakeş Futbol Federasiyası Argentina yığması üçün xüsusi təyyarə ayıracaq. Müqavilədə Messi ilə bağlı da bəzi maddələr var. Belə ki, ulduz futbolçu ən azı 60 dəqiqə meydanda olmalı, mərakeşli futbolçular ona qarşı sərt müdaxilələr etməməlidi.
Xəbərdə bildirilir ki, Mərakeşin baş məşqçisi Herve Renard futbolçularına “Messiyə toxunmayın” tapşırığını verib.
Qeyd edək ki, Mərakeş – Argentina oyunu martın 26-da keçiriləcək.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
ABŞ-da ermənini idmandan ömürlük uzaqlaşdırdılar: görün nələr edib
Zelim Kotsoyev dünya çempionatına qələbə ilə başladı
Azərbaycanın səkkiz boksçusu U-17 Avropa çempionatında yarımfinala yüksəlib
Heyətinə görə ən dəyərli komanda: “Real” artıq tək deyil
AFFA klubda maaşların verilməməsi ilə bağlı yoxlamalar aparır
Ronaldinyo Messiyə: Həyatdan zövq al, qardaş
Rüstəm Orucov: Hidayət Heydərov böyük idmançı olaraq qalır