Messi "filadelfiya" oyununda cəzalandırıla bilər: Gözlənilməz zərbə və hakimin qərarı
“İnter Mayami”nin tanınmış argentinalı futbolçusu Lionel Messi, MLS-də “Filadelfiya” ilə qarşılaşmada etdiyi hərəkət səbəbindən cəza ala bilər.
Minval.info xəbər verir ki, oyun zamanı Messi, “Filadelfiya”nın oyunçusu Kuin Sallivana üz nahiyəsindən zərbə vurub. Maraqlıdır ki, bu hadisə zamanı hakim tərəfindən ona sarı vərəqə göstərilməyib.
Messinin son günlərdə yaşadığı ilk insident bu deyil. Avqustun 16-da “Neşvill”ə 1:4 hesabı ilə məğlub olduqları oyunda da argentinalı ulduz, hakimlərin qərarlarından narazılığını ifadə edib. Rəqibin üçüncü qolundan əvvəl yıxılmasına hakimin reaksiya verməməsi səbəbindən Messi etirazını bildirib və xəbərdarlıq alıb. Daha sonra isə istehzalı şəkildə əl çalıb və final fitindən sonra hakimə söyüşlə müraciət edib.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
“Vogue” 2026-cı ilin ən dəbli idmançılarını açıqladı
Mourinyo Enrikenin bu təklifinə qarşı çıxdı: Maaşıma toxunmayın
Gözlənilən qol ötürmələrinə görə ən yaxşı 5 gənc futbolçu
Okan Buruk: "O, hər gün daha da inkişaf edir"
"Barselona" klubu Bakıya səfər edəcək
UEFA Çempionlar Liqası: "Sabah" – "Barselona" oyununun hakimləri açıqlandı
"Sabah" - "Barselona" matçını idarə edəcək hakim tanışdır