Lionel Messidən Argentina mətbuatına qarşı şok addım: Məhkəməyə verəcək
“İnter Mayami” klubunun ulduz futbolçusu Lionel Messi yerli mediaya qarşı hüquqi mübarizəyə başlamğa hazırlaşır. Buna səbəb kimi bəzi mətbuat orqanlarının mərhum atasının vida mərasimi zamanı ailənin şəxsi həyatına və məxfiliyinə qeyri-qanuni müdaxilə etməsi göstərilir.
Minval.info xəbər verir ki, tanınmış argentinalı jurnalist Fran Kasareto futbolçunun bu istiqamətdə qəti addım atacağını təsdiqləyib. Bildirilir ki, hüquqi müstəvidə hərəkətə keçməyə qərar verən ulduz oyunçu yas mərasimində pozulan şəxsi toxunulmazlıq hüququnun bərpasını tələb edəcək.
Xatırladaq ki, Lionel Messinin atası Xorxe Messinin vida mərasimi avqustun 9-da reallaşıb. Tədbir maksimum gizlilik şəraitində, gücləndirilmiş təhlükəsizlik tədbirləri altında və yalnız yaxın ailə üzvlərinin qatılımı ilə baş tutmuşdu.
ƏLAQƏLİ
Azərbaycan gimnastı Selcan Mahsudova dünya çempionatında finala yüksəldi
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Azərbaycan gimnastı Selcan Mahsudova dünya çempionatında finala yüksəldi
Qurban Qurbanov Yankoviçlə Silvanı əsas komandadan uzaqlaşdırdı
Emin Mahmudov milli karyerasını başa vurmaq qərarına gəlib
Neymardan Ronaldoya vida mesajı: Əfsanə!
Qadın hakimə qarşı seksist təhqirlər: İstintaq başladıldı
Batrakov: "Çox xoşbəxtəm"
İspan futbolçu Xesus de Migel qapıçı ilə toqquşmadan sonra vəfat edib