Məşhurların mükafatlandırıldığı gecə qalmaqalsız ötüşmədi – Fotolar
Bir çox ulduzların maraq dairəsində olan Zirvə Ziyalılar Təşkilatının yaranmasının 26-cı ildönümü münasibəti ilə “Azerbaijan Best Awards” (ABA) milli mükafatlandırma mərasimi baş tutub.
Minval.info xəbər verir ki, paytaxt otellərinin birində keçirilən layihədə müğənnilər, aktyor-aktrisalar, teleaparıcılar, modelyerlər, idmançılar mükafatlandırılıb.
Gecə qalmaqalsız da ötüşməyib. Təşkilatçılarla media nümayəndələri mübahisə edib. Belə ki, mühafizəçi tədbir başlayandan sonra fotoqraflara səhnəyə yaxınlaşmağa icazə verməyib və bildirib ki, təşkilatçıların tapşırığımnı yerinə yetirib.
Fotoqrafların etirazından sonra məsələyə təşkilatçı Pərviz Əzimzadə qarışıb. O, fotoqrafların qonaqların qarşısına keçməsinin doğru olmadığını qonaqların narahat olduğunu kobud şəkildə bildirib. Bu isə media işçilərinin etirazına səbəb olub və onlar mərasimi tərk etmək qərarına gəliblər. Tədbirin digər təşkilatçısı Aqil Məmiyev isə hadisədən xəbər tutduqdan sonra media nümayəndələrindən üzr istəyib və yanlışlığı dərhal aradan qaldırıb.
Qeyd edək ki, Gecənin aparıcısı Samir olub. Layihənin rəhbəri Aqil Məmiyev və Ləman Mirtalıblıdır
Minval.İnfo
Fotolar: Elgün Əli
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Ermənistan 500 km mənzilli PUA-larla güclənir
Mədət Quliyev oğluyla toyda görüntüləndi
Amazon süni intellekt təhlükəsizliyinə çağırır
Çjan İminq Asiyanın ən varlı şəxsi oldu
Alim Qasımovdan Üzeyir Mehdizadəyə böyük dəstək!
Flora Kərimova: Afət Fərmanqızı ilə barışmadım
Sumqayıtda 12 000 manata tam təmirli mənzillər!












