Merve Boluğur İnstaqramdan pul qazanmağa başladı – Aylıq qiymət açıqlandı
Uzun müddətdir televiziya ekranlarından uzaq qalan türkiyəli aktrisa Merve Boluğur bu dəfə sosial media fəaliyyəti ilə diqqət çəkib.
Minval.info xəbər verir ki, məşhur aktrisa İnstaqram hesabında izləyiciləri üçün ödənişli abunə sistemini aktivləşdirib.
“Kuzey Güney”, “Acemi Cadı”, “Küçük Sırlar” və “İçimdeki Fırtına” serialları ilə tanınan Boluğur, 3,8 milyon izləyicisi olan hesabında eksklüziv paylaşımlarını yalnız ödənişli abunəçilər üçün əlçatan edib.
Aktrisa aylıq abunə haqqını 60 türk lirəsi müəyyənləşdirib. Bildirilir ki, sistem istifadəyə verildikdən qısa müddət sonra onun ödənişli kanalına 481 nəfər qoşulub.
Qeyd olunur ki, bu göstərici Merve Boluğurun qısa müddətdə diqqətçəkən gəlir əldə etməsinə imkan yaradıb.
Xatırladaq ki, İnstaqramın ödənişli abunə funksiyası son dövrlərdə məşhurlar arasında geniş yayılıb. Daha əvvəl aparıcı Ece Erken və müğənni Gülben Ergen də izləyicilərinə eksklüziv məzmun təqdim etmək üçün bu sistemdən istifadə etməyə başlayıblar.


Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Mayk Tayson İstanbula gəldi: Bu serialda rol alacaq?
Məşhur aktyora ağır itki üz verdi
Məşhur meyxanaçı İlkin Çərkəzoğlu dünyasını dəyişdi
Miri Yusif “Tanrı”nı təqdim etdi - Video
Ermənistan 500 km mənzilli PUA-larla güclənir
Mədət Quliyev oğluyla toyda görüntüləndi
Amazon süni intellekt təhlükəsizliyinə çağırır