Əməkdar artist Bəhram Bağırzadə sosial şəbəkədə ünvanına tənqidi şərh yazan izləyicilərinə səslənib.

Musavat.com xəbər verir ki, Bəhram Bağırzadə “İnstagram” hesabında bu sözləri qeyd edib:
“Mənə nifrət edən, amma paylaşımlarımın altına şərh yazan axmaqlara və sado-mazoxistlərə xeyirli gün arzu edəcəm. Uşaqlar, başqalarının komplekslərini müşahidə etməyin, mənim üçün nə qədər maraqlı olduğunu bilsəydiniz, mənə yazmağı dayandırardınız. Ancaq dayanmayın, balıqçı üçün qıvrılan qurdları seyr etməkdən daha ləzzətli bir şey yoxdur.

Bəli, mən Bakı merinin yanında oldum. Bəli, onunla danışdım. Xeyr, mən oranı vəzifəsiz və çoxlu pulun olduğu mənzilin açarları olmadan tərk etdim. Çünki başqalarından fərqli olaraq mən heç vaxt heç nə istəmirəm – təklif edirəm. Fikir və layihələr, düşüncə və planlar təklif edirəm. Eyni hərəkəti etməyinizə nə mane olur? Ah, bəli. Sizi heç kim tanımır və heç yerə çağırmırlar.

Bəs, bu haqda niyə düşünmüsünüz? Eviniz, həyətiniz, şəhəriniz üçün faydalı bir şey edin.
Amma yox, mən nədən danışıram? Bu cür cəfəngiyat üçün sizin vaxtınız yoxdur, axı. Siz olmasanız sosial şəbəkələri kim zibilləyəcək?! Şəhər isə sizsiz də keçinər. Sizi narahat etməyim, çünki çirkabda da kimsə qurdalanmalıdır. Hamınıza xoş gün diləyirəm”.

Qeyd edək ki, B. Bağırzadə ötən gün Bakı meri Eldar Əzizovla fotosunu paylaşaraq onunla görüşdüyünü bildirmişdi. Bundan sonra sosial şəbəkə izləyiciləri Əməkdar artisti tənqid atəşinə tutub, onu yaltaqlanmaqda ittiham etmişdilər.

Könül
Musavat.com