Mercedes-dən geriyə dönüş: Fiziki düymələr yenidən gündəmdə!
Mercedes-Benz, avtomobillərində fiziki düymələrin ləğvi qərarını yenidən dəyərləndirir. Şirkətin baş icraçı direktoru Ola Kallenius, avtomobil sənayesinin bu məsələdə həddindən artıq irəli getdiyini qəbul edib.
Minval.info xəbər verir ki, gələcək Mercedes modellərində sürücülərin daha rahat istifadə etdiyi əsas funksiyalar üçün fiziki düymələr yenidən tətbiq olunacaq. Kallenius, tamamilə toxunma ekranlarından imtina etməyəcəklərini, lakin geniş ekranlarla yanaşı, istifadə rahatlığını artırmaq üçün fiziki idarəetmə elementlərinin də saxlanılacağını bildirib.
Son illərdə Mercedes avtomobillərində idarəetmə funksiyalarının əksəriyyəti toxunma ekranlarına köçürülmüşdü. Bu dəyişiklik bir çox sürücü tərəfindən tənqid olunurdu. Benzər addımların Ferrari, Hyundai və Volkswagen tərəfindən də atıldığı məlumdur.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Ermənistan 500 km mənzilli PUA-larla güclənir
Mədət Quliyev oğluyla toyda görüntüləndi
Amazon süni intellekt təhlükəsizliyinə çağırır
Çjan İminq Asiyanın ən varlı şəxsi oldu
Alim Qasımovdan Üzeyir Mehdizadəyə böyük dəstək!
Flora Kərimova: Afət Fərmanqızı ilə barışmadım
Sumqayıtda 12 000 manata tam təmirli mənzillər!