Məktəbdə elektron siqaret qalmaqalı: BŞTİ-dən açıqlama
Bakı Şəhəri üzrə Təhsil İdarəsi, 264 nömrəli tam orta məktəbin XI sinif şagirdlərinin sinif otağında elektron siqaret çəkməsi ilə bağlı araşdırma aparıldığını bildirib. Bu məsələ ilə əlaqədar məktəb rəhbərliyi, sinif rəhbəri və psixoloqun iştirakı ilə görüş təşkil olunub.
Minval.info xəbər verir ki, məktəbdə şagirdlərin davranış qaydalarına riayət olunmasına xüsusi diqqət yetirilir və təlim-tərbiyə prosesinə uyğun olmayan hallara qarşı maarifləndirmə işləri gücləndirilir. Şagirdlərin valideynləri də məktəbə dəvət edilərək, övladlarının davranışlarına diqqət yetirilməsi ilə bağlı tövsiyələr alıblar.
Məktəblərdə səmərəli təlim mühitinin təmin olunması və şagird davranış qaydalarına diqqətin artırılması, təlim-tərbiyə prosesinə uyğun olmayan hallara qarşı maarifləndirmə işinin genişləndirilməsi prioritet məsələlərdən biridir. Məktəbin və müəllimlərin fəaliyyətinə uyğun olmayan hallara qarşı qanunvericiliyin tələbləri çərçivəsində müvafiq tədbirlər görülməsi diqqət mərkəzində saxlanılır.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Mayk Tayson İstanbula gəldi: Bu serialda rol alacaq?
Məşhur aktyora ağır itki üz verdi
Məşhur meyxanaçı İlkin Çərkəzoğlu dünyasını dəyişdi
Miri Yusif “Tanrı”nı təqdim etdi - Video
Ermənistan 500 km mənzilli PUA-larla güclənir
Mədət Quliyev oğluyla toyda görüntüləndi
Amazon süni intellekt təhlükəsizliyinə çağırır