Mehriban Xanlarovadan tənqidçilərinə SƏRT CAVAB — "Evindəkilərdən xəbəri yoxdur..."
Son günlər sosial şəbəkələrin müzakirə mövzusuna çevrilmiş “Azərbaycanlı Vandam” kimi məşhurlaşan Ruslan İsmayılovun əməkdar artist Mehriban Xanlarovanın aparıcısı olduğu verilişdə rəqs etməsi tənqidlərə səbəb olub.
“Ölkə.Az” səsləndirilən fikirlərlə bağlı tanınmış aktrisanın da mövqeyini öyrənib. Xanlarova bildirib ki, onu sosial şəbəkədə təhqir edənlər cəsarətsiz insanlardır:
“O adamı niyə təhqir edirlər, niyə ona düşük deyirlər? O da Azərbaycan oğludur, efirə dəvət etmişəm. Deyirlər ki, guya xəstədir. Halbuki ağlı, şüuru yerində, ibadət edən insandır. Hətta verilişdən tez icazə alıb dedi ki, Mehriban xanım, məscidə namaz qılmağa getməliyəm. Niyə bu düşük insanlar hamını özləri kimi hesab edirlər. Kim sənə ixtiyar verib ki, camaatı təhqir edəsən? Monitor arxasında kişilənən, mənəm-mənəm deyən hər kəsə deyirəm ki, belə cəsarətlisənsə, sözünü mənim üzümə de. Yaxud get həmin oğlanı tut, ona de. Monitor arxasında kimisə təhqir etmək lazım deyil. Deməli, xoşuna gəlib ki, verilişə baxmısan da. Soğan yeməmisənsə için niyə göynəyir. Özünü tanıyan kişi heç vaxt elə ifadələr işlətməz. Həmin “monitor şirlərinin” bəzilərinin heç öz evindəkilərdən xəbəri yoxdur”.
M.Xanlarova onu tənqid edən şəxslərə müraciət edib:
“Qısa geyinərsən, bir söz deyirlər, rəqs edirsən, təhqir edirlər. Nə edək? Dərdimizi kimə deyək? Azərbaycandan gedək? Bacarırsan, gəl, mənim kimi veriliş apar, istedadlı aktrisa ol, monitor arxasında pişik kimi gizlənib təhqir yazma. İş yerimi də bilirsiz. Xalqın içində gəzən adamam, bazara da gedirəm, dükana da, yeri gələndə avtobusa da minirəm. Yaxşı qadın, yaxşı kişisinizsə sözünüzü özümə deyin”.
Qeyd edək ki, əslən Zaqatalanın Çobankol kəndindən olan Ruslan İsmayılovun əməkdar artistin aparıcısı olduğu verilişə dəvət olunması və aktrisanın “Azərbaycanlı Vandam”la rəqsi tənqidlərə səbəb olub.
https://youtu.be/g1QwdDcEFOY
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Azərbaycanda koronavirus yayılması iddialarına RƏSMİ MÜNASİBƏT
İcra başçısı Daşkəsəndəki fəlakətdən danışdı - VİDEO
Günayı "Bandotdel"ə verən qadın danışdı: "O, Rəşada güvənir, amma mən ..."
Suyun da qiyməti qalxacaq? - RƏSMİ AÇIQLAMA
Nazir Ramiz Mehdiyevin baldızı oğlunu VƏZİFƏSİNDƏN AZAD ETDİ