Maykl Pompeo: "İrana qarşı təzyiqlər davam edəcək"
“ABŞ İranın Yaxın Şərqdəki nüfuzunu azaltmaq üçün bu ölkəyə sanksiyalar vasitəsilə təzyiqlərini davam etdirəcək”.
“Report” xəbər verir ki, bunu ABŞ-ın dövlət katibi Maykl Pompeo “Fox News”a müsahibəsində bildirib.
“Mövcud administrasiya Yaxın Şərqdə əhatə dairəsini genişləndirməyə çalışan İrandan gələn çoxlu sayda təhdidlərin qarşısını almaq üçün ciddi səylər göstərir. Bundan sonra da məhz belə davranacağıq. Biz indidən İraqdakı yaraqlıları, İran İnqilab Keşikçiləri Korpusunun yüksək rütbəli rəhbərlərini, habelə husi qiyamçılarına, HƏMAS-a, “Hizbullah”a yardım üçün qanunsuz vəsait axınlarında əli olan maliyyə təşkilatlarını, maliyyəçi agentləri ayırd etmişik”, – deyə Ağ Ev rəsmisi qeyd edib.
Xatırladaq ki, ötən ay ABŞ Maliyyə Nazirliyi İrana qarşı sanksiya siyahısına bu ölkənin iki qurumunun, onlarla bağlı olan səkkiz fərdi şəxsin, həmçinin SEPAH-a bağlı olan daha bir fərdi şəxsin adlarını salmışdı.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Yaponiyada ilk dəfə “amansız isti gün” xəbərdarlığı verildi
Araqçi hücum anını danışdı: "Hər şey üzərimizə çökdü"
Maduronun tərəfdarları Nyu-Yorkda məhkəmə önündə aksiya keçirdi
ABŞ İranın Larak adasına raket zərbəsi endirib
Fransada 15 yaşdan kiçiklərə sosial şəbəkələr qadağan edildi
Rusiyaya qarşı rus - Sırski kimdir...
Ukraynada korrupsiya qalmaqalı böyüyür