Maşında yanan sürücü tanınmış hüquqşünas olub
Sentyabrın 19-da Sumqayıt şəhərində qəzaya düşən və maşının içində yanaraq ölən sürücü Fuad Musazadənin tanınmış hüquqşünas olduğu məlum olub.
“Qafqazinfo”nun verdiyi xəbərə görə, F.Musazadə öncə İctimai Televizayda, ötən il isə Xalq artisti Murad Dadaşovun sahibi olduğu “M Group Production” şirkətində hüquqşünas vəzifəsində çalışıb. Daha sonra Qida Təhlükəsizliyi Agentliyindən vəzifə tutan F.Musazadə son dönəmdə isə AZTV-də işləyib.
Qeyd edək ki, “Mercedes” markalı maşınla “Atəşgah” sığorta şirkətinə məxsus “Hyundai-İX35” markalı maşın toqquşub və “Mercedes” aşaraq yanıb. “Mercedes”in sürücüsü Fuad Musazadə olub. F.Musazadənin maşını bir ay əvvəl aldığı bildirilir.
Onunla birlikdə maşında olan sərnişin Kamran Atayev də yanaraq vəfat edib.

Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Bu tarixdən leysan yağacaq, dolu düşəcək - xəbərdarlıq
Kiyevə dron hücumu zamanı azərbaycanlı yaralanıb
Azərbaycan əsgərinin Ermənistanda saxlanılmasının görüntüləri yayıldı
Sumqayıtda 21 şagirdin zəhərlənməsinin səbəbi açıqlandı
Qonaqlara iylənmiş ətdən yemək verən "Çıraq Palace" ilə bağlı qərar verildi
İspaniyada güclü yağışlar ölümlə nəticələndi, dərslər təxirə salındı
Türkiyədə sel fəlakətində ölənlərin sayı artdı