“Maşın” şouda onlar yarışacaq – Siyahı
Ölkənin ən reytinqli layihəsi olan “Maşın” şou oktyabrın 1-dən start götürəcək. 18-ci sürətdə də ənənəvi olaraq 18 məşhur yarışacaq.
İştirakçıların adı gizli saxlanılsa da, musavat.com bəzilərinin kimliyini öyrənib.
Avtomobil qəzası keçirdiyi üçün ötən verilişdə iştirakçı ola bilməyən müğənni Türkan Vəlizadə bu dəfə maşın ətrafında olacaq.
Daha öncə şouya qatılan və ikinci olaraq layihəni tərk edən Elcan Rəsulovun da adı iştirakçılar arasında var. Lakin “Ər-arvad” serialında Elcanın tərəf müqabili olan aparıcı Kəmalə Piriyevə oyuna qatılsa, Elcanın siyahıdan çıxarılacağı bildirilir.

Yeni klipləri və qalmaqallı açıqlamaları ilə diqqət çəkən müğənni Rəqsanənin qızı Aysun da avtomobil uğrunda yarışacaq.

“Mash-up”ları ilə trenddə birinci olan vayner Rəsul Abbasov da “Maşın” ətrafında yer alacaq.

Açıqlamaları ilə “Maşın” şouya damğa vuran müğənni Səidə Sultan yenidən tamaşaçı qarşısına iştirakçı olaraq çıxacaq.

Aparıcı Samir Bayramlının da siyahıda olduğu məlum olub.

Sosial şəbəkə fenomeni olan Bayram Nurlunun adı siyahı da olsa da, daha sonra onun iştirakçı olması təsdiqlənməyib.
Ötən buraxılışlarda uşaqlarının balaca olduğunu deyərək layihəyə qatılmayan aktrisa Sevinc Əliyeva Murad Dadaşovun təklifini geri çevirməyib.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Mayk Tayson İstanbula gəldi: Bu serialda rol alacaq?
Məşhur aktyora ağır itki üz verdi
Məşhur meyxanaçı İlkin Çərkəzoğlu dünyasını dəyişdi
Miri Yusif “Tanrı”nı təqdim etdi - Video
Ermənistan 500 km mənzilli PUA-larla güclənir
Mədət Quliyev oğluyla toyda görüntüləndi
Amazon süni intellekt təhlükəsizliyinə çağırır