"Maşın" şouda ara qızışdı - Yenə mikrofonun səsi kəsildi: "Banlayır, üzümə durma..."(Video)
“Maşın” şouda səssizlik müddəti çox az çəkib və iştirakçılar arasında növbəti dəfə gərginlik yaşanıb.
Minval.info xəbər verir ki, qutudan ən çox şəkli çıxan müğənni Əli Mirəliyev öz ənənəvi ampulasına geri dönərək sükutu pozub. Belə ki, o, verilişin bitməyinə bir saat qalmış sərt sözləri ilə yadda qalıb. Əli Mirəliyev hədəfinin aktrisa Pərvin Abıyeva olduğunu açıqlayıb və bundan sonra şouda ara qarışıb. O, bu seçimini aktrisanın yaşlı iştirakçılar barədə neqativ sözlər işlətməsi ilə izah edib.
ƏLAQƏLİ
Ceki çanın Bakıda fanatları ilə unudulmaz görüşü: Sosial mediada böyük əks-səda
Bundan əlavə, Əli Mirəliyev P.Abıyeva ilə danışarkən “maşını hansı pulla almısan?” deyərək atmaca atıb. Aparıcı Aytən Səfərova da müğənniyə dəstək olub və onunla aktrisa arasında mübahisə yaşanıb. İştirakçılar arasında söz savaşı zamanı P.Abıyeva aparıcıya “üzümə durursan” deyib.
Bundan əlavə, Əli Mirəliyev çıxış edərkən Pərvin Əbiyeva barədə işlətdiyi ifadəyə görə onun mikrofonunun səsi alınıb.
Lakin oyunun sonunda qalmaqalları ilə yadda qalan Ə.Mirəliyev şounu tərk etməli olub. Belə ki, səsvermənin nəticələrinə görə “Getsin”ə gələn səslər üstünlük təşkil edib.
ƏLAQƏLİ
Azərbaycanda sosial şəbəkələr üçün yaş həddi: Uşaqların təhlükəsizliyini necə təmin edək?
Samir M.
ƏLAQƏLİ
Xalq artistinin hovuz fotosu sosial medianı qarışdırdı: Tənqidlərdən sonra geri addım attı
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Səs yazısı qalmaqalı: Məşhur kardioloq təxribat iddiaları ilə üz-üzə
Kredit borcunuzu azaldın: Yelo bank-dan 2%-dək endirim fürsəti!


