“Maşın şou”da onlar da yarışacaqlar – FOTOLAR
Teleməkanın ən reytinqli layihəsi “Maşın” şou dekabrın 13-də başlayacaq. Hazırlıq prosesi gedən layihənin məşhur 18 iştirakçısının adı açıqlanmasa da, adlar yavaş-yavaş bəlli olur.
Bu dəfə son aylar ulduzu parlayan reper Ramil Nabran, müğənni Səmra Rəhimli, aparıcılar Kamilə Babayeva və Ranar Musayev də iştirakçılar arasında yarışacaq. Bu dəfəki layihənin konsepsiyası “Hind” adlanır. İştirakçılar ilk gün səhnəyə Hindistanın milli geyimlərində çıxacaq.
Bundan əlavə mediada yayılan xəbərlərə görə şairə Nazilə Səfərli, əməkdar artist Rühəngiz Allahverdiyeva, aktyor Taleh Yüzbəyov, müğənni Mina da iştirakçılar arasındadır.
Ötən mövsüm əlini bilmədən maşından çəkən aparıcı Fira Cəlilova ilə meyxanaçı Ələkbər Yasamallını da bu oyunda görmək mümkün olacaq.
Layihədən imtina edənlər də var. Pərviz Bülbülə ilə oxuduğu duetlərlə məşhurlaşan Türkan Vəlizadə oyunda olmaqdan imtina edib. O, buna səbəb kimi keçirdiyi qəzanı göstərib. İfaçı sağlamlığının ayaq üstə çox dayanmağa ona imkan vermədiyini bildirib.
Müğənni Günay İbrahimli, Zenfira İbrahimova, aktrisa Sevinc Əliyeva, aparıcı Zümrüd Bədəlova da layihədən imtina edib. Günay İbrahimli, Zenfira İbrahimova, Zümrüd Bədəlova qrafiklərinin sıx olduğu üçün “Maşın”da iştirak etmək istəməyib. Aktrisa Sevinc Əliyeva isə azyaşlı övladları olduğunu səbəb göstərib.
Musavat.com


Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Ermənistan 500 km mənzilli PUA-larla güclənir
Mədət Quliyev oğluyla toyda görüntüləndi
Amazon süni intellekt təhlükəsizliyinə çağırır
Çjan İminq Asiyanın ən varlı şəxsi oldu
Alim Qasımovdan Üzeyir Mehdizadəyə böyük dəstək!
Flora Kərimova: Afət Fərmanqızı ilə barışmadım
Sumqayıtda 12 000 manata tam təmirli mənzillər!
