“Maşın”dan ilk gedən Kərim Abbasov oldu
“Maşın” realiti-şousunun 18-ci buraxılışında ilk səsvermə baş tutub.
Axşam.az xəbər verir ki, iştirakçılar tərəfindən ən çox fotosu atılan aşıq Namiq Fərhadoğlu olub. Oyunda qalmaq üçün mübarizə aparan sənətçi səs topladığı təqdirdə müğənni Kərim Abbasovu çıxaracağını bildirib. O, xanım iştirakçıları oyunda saxlayacağını söyləyib.
Oyun boyunca ifaçılar arasında qalmaqal yaşanıb. Veriliş boyunca Namiqlə Kərim arasında söz savaşı davam edib.
“Görün necə güclü insanam ki, burada Bilal Əliyev, Namiq, Nazim Faytonçu və başqaları mənə qarşıdı” deyə, Kərim deyib.
Proqram zamanı Namiqin Kərimi Nazim Pişiyarinin istəyi ilə hədəf seçdiyi bəlli olub.
Nəticədə 69,41 faiz səs toplayan Namiq Kərimi oyundan çıxarıb.
Qeyd edək ki, şouda oyunu Xalq artistləri Bilal Əliyev, Fatma Mahmudova, müğənnilər Ayan Babakişiyeva, Türkan Vəlizadə, Nazim Pişyari, Fuad Musayev, Aysun İsmayılova, Ramal İsrafilov, Niyam Salami, meyxanaçı Aqşin Fateh, aparıcılar Kəmalə Piriyeva, Lalə Mustafayeva, Suna Qasımoğlu, aşıq Namiq Fərhadoğlu, aktrisa Zümrüd Qasımova, aktyor Məcid Hüseynov, reper Qurd davam etdirir.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Türkan Şoray Bodrumda istirahət üçün sərvət xərclədi
İngilis model bu üsulla ildə 100 min qazanır — FOTOLAR
Damla oxudu, iranlı kişilər göz yaşı tökdü - VİDEO, FOTOLAR
"Ona vurulduğum üçün "Qalatasaray" azarkeşi oldum" - FOTOLAR
Türk futbolçu özündən böyük aktrisa ilə evlənir
Azərbaycanlı aktrisa: "Xalq artisti mənə intim əlaqə təklif etdi"