"Maşın"da bir neçə iştirakçı əlini götürdü - Səbəb
Qalmaqalları ilə gündəmə gələn “Maşın” şouda baş verənlər yenidən diqqət mərkəzinə düşüb.
Minval.info xəbər verir ki, dünən meyxanaçı Ələkbər Yasamallı oyunun qaydalarını pozduğu üçün yarışmanı tərk etmək məcburiyyətində qalıb. Belə ki, əlini maşında çəkən iştirakçının görüntüləri mediada yer aldıqdan sonra şoumen Murad Dadaşov ona “maşın əldən getdi” deyib.
Bu dəfə isə sosial şəbəkələrdə verilişin ilk günündən meyxanaçı ilə mübahisə edən müğənni Əli Mirəliyevin avtomobilin üzərindən əlini çəkdiyini özündə əks etdirən video yayılıb.
Əslində həmin videoya diqqətlə baxsaq iştirakçıların bir neçəsi eyni hərəkətə yol verib.
Minval.info baş verənlərlə bağlı şounun mətbuat xidmətinin rəhbəri Könül Əlibəyli ilə əlaqə saxlayıb. O, saytımıza açıqlamasında bildirib ki, burada iştirakçılar qaydalardan kənara çıxmayıb: “Mən həmin kadrlara baxdım. Burada qonq səsi verilməyib. Ona görə iştirakçıların əlini maşının üzərindən götürməsində heç bir problem yoxdur”.
Minval.info
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Mayk Tayson İstanbula gəldi: Bu serialda rol alacaq?
Məşhur aktyora ağır itki üz verdi
Məşhur meyxanaçı İlkin Çərkəzoğlu dünyasını dəyişdi
Miri Yusif “Tanrı”nı təqdim etdi - Video
Ermənistan 500 km mənzilli PUA-larla güclənir
Mədət Quliyev oğluyla toyda görüntüləndi
Amazon süni intellekt təhlükəsizliyinə çağırır