“Maşın”da kimlər olacaq? - “Yox” deyənlər daha çoxdur...
ATV-də yayımlanacaq “Maşın şou”nun başlamasına sayılı günlər qalıb.
“Qafqazinfo” xəbər verir ki, qalmaqallı, müzakirələrə səbəb olan layihədə iştirak edən məşhurların bir neçəsinin adı məlum olub.
Belə ki, ötən sezon bilməyərək əlini maşından götürən meyxanaçı Ələkbər Yasamallı yenidən yarışmada iştirak edəcək. Bu məqamda bildirək ki, aparıcı Murad Dadaşov elə ötən sezonda meyxana ustadının gələn şouda da yer alacağını elan etmişdi.
Bundan əlavə, son zamanlar populyarlaşan bloqqer-aktyor Taleh Yüzbəyovun da layihədə iştirak edəcəyi qeyd edilir. Dəqiq siyahı isə layihə rəhbəri tərəfindən bir neçə həftə sonra açıqlanacaq.
Lakin, səs-küyə səbəb olan yarışmadan imtina edənlər də az deyil. Onlardan müğənni Günay İbrahimli, Zenfira İbrahimova, Türkan Vəlizadə, aktrisa Sevinc Əliyeva, aparıcı Zümrüd Bədəlovanı misal çəkə bilərik.
Günay İbrahimli, Zenfira İbrahimova, Zümrüd Bədəlova qrafiklərinin sıx olduğu üçün “Maşın”da iştirak etmək istəməyiblər. Aktrisa Sevinc Əliyeva isə azyaşlı övladları olduğu üçün yarışmadan imtina edib.
Türkan Vəlizadə bir müddət əvvəl qəzaya düşdüyü üçün maşın ətrafında ayaqüstə çox qala bilmədiyini səbəb gətirərək müsabiqəyə qatılmayıb.
Xatırladaq ki, bu dəfə də 18 şou-biznes üzvü maşın uğrunda mübarizə aparacaq.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Mayk Tayson İstanbula gəldi: Bu serialda rol alacaq?
Məşhur aktyora ağır itki üz verdi
Məşhur meyxanaçı İlkin Çərkəzoğlu dünyasını dəyişdi
Miri Yusif “Tanrı”nı təqdim etdi - Video
Ermənistan 500 km mənzilli PUA-larla güclənir
Mədət Quliyev oğluyla toyda görüntüləndi
Amazon süni intellekt təhlükəsizliyinə çağırır