"Maşın"da daha bir nəfər əlini çəkdi - Videofakt
“Maşın” şouda növbəti qalmaqallı görüntülər ortaya çıxıb.
Minval.info xəbər verir ki, yarışmanın iştirakçılarından olan müğənni Əli Mirəliyev oyunun ilk günü əlini maşının üzərindən çəkib.
O, şounun ilk günü olduğundan diqqətsiz davranıb və verilişin qaydalarını pozub. Belə olan halda Ə.Mirəliyev yarışmanı hamıdan öncə tərk etməli idi.
Xatırladaq ki, dünən “Maşın”da mübarizəni yarımçıq qoyan meyxanaçı Ələkbər Yasamallı da səhvən əlini avtomobilin üstündən götürüb. Verilişin aparıcısı Murad Dadaşov isə bunu ört-basdır etməyə çalışıb.
Lakin görüntülər mediada və sosial şəbəkələrdə yayıldıqdan sonra o, məcburiyyət qarşısında qalaraq həmin kadrların efirə verilməsini istəyib. Nəticədə isə Ələkbər Yasamallı qaydalara uyğun olaraq oyunu yarıda qoyub.
Maraqlı məqam ondan ibarətdir ki, dünən adlarını çəkdiyimiz hər iki iştirakçı arasında mübahisə yaşanıb və eyni səhvə yol verib. Görünür, elə ilk gündən maşın uğrunda mübarizə aparmaq onlara çətin gəlib.
Minval.info
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Mayk Tayson İstanbula gəldi: Bu serialda rol alacaq?
Məşhur aktyora ağır itki üz verdi
Məşhur meyxanaçı İlkin Çərkəzoğlu dünyasını dəyişdi
Miri Yusif “Tanrı”nı təqdim etdi - Video
Ermənistan 500 km mənzilli PUA-larla güclənir
Mədət Quliyev oğluyla toyda görüntüləndi
Amazon süni intellekt təhlükəsizliyinə çağırır
