Mariya Şarapova şahzadə Harrinin dostuna ərə gedir - FOTO
Çiyin zədəsi səbəbindən dünya şöhrətli tennisçi Mariya Şarapova Sankt-Peterburqda fevral ayında keçiriləəcək Peterburq Qadınlar Kuboku turnirində iştirakdan imtina edib. Lakin bu, rusiyalı tennisçi haqqında sosial şəbəkədə geniş şəkildə müzakirə olunan yeganə xəbər deyil…
Oxu.Az xəbər verir ki, iki il əvvəl tennisçi İngiltərənin ən həsəd aparılan kürəkənlərindən biri – “Paddle8” auksion evinin qurucusu və Şahzadə Harrinin ən yaxın dostlarından biri Aleksandr Gilks ilə görüşməyə başlayıb.
Bu gün onların nişanlandığı barədə şayiələr sosial mediaya yayılıb. Bu, Mariyanın şəxsi “Instagram” hesabında adsız barmağında brilliant üzük görüntüsünü paylaşandan sonra baş verib.
Romantik görüşlər zamanı cütlük sosial şəbəkələrdə heç bir paylaşım etməsələr də, onlar tez-tez mətbuatın obyektivinə tuş gəliblər. Amalfi sahillərində istirahətin dadını çıxaran sevgililərin görüntülərini fotoqraflar lentə köçürməyə müvəffəq olublar.
Aleksandrın Mariyanı incə şəkildə öpdüyü şəkilləri sosial şəbəkələrə yayıldıqdan sonra qızğın şəkildə müzakirə edilib.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Nicat Rəhimov: "Obraz tələb edirsə, qadın geyimi də geyinərəm"
"Kızılcık Şerbeti"nin yeni mövsümünün yayım tarixi açıqlandı
Taleh Yüzbəyovun həyat yoldaşı xəstəxanaya yerləşdirildi
18 yaşlı aktrisa dünyasını dəyişdi
Qriqori Lepsin şirkətlərinin vergi borcu açıqlandı
Mikrofonun işləməməyi Mərdana mane olmadı
Murad Arif yayın hiti “Hoqqa”nı təqdim etdi