Manaf Ağayev Buzovnadakı dəbdəbəli villasını nümayiş etdirdi - FOTO
“Evdə oturmaq olmur. Təmiz havaya çıxmaq lazımdır. Ona görə də, gəlmişəm Buzovnadakı bağıma. Mənim işim elə qonaq qəbul etməkdir”.
Oxu.Az xəbər verir ki, bu sözləri müğənni Manaf Ağayev ATV kanalında yayımlanan “Bizimləsən” sosial-ictimai proqramına “Skype” vasitəsilə onlayn qoşulma zamanı deyib.
Verilişin aparıcısı Zaur Baxşəliyevin sənətçiyə ünvanladığı “Səs gəlir qulağıma. Yanında kimsə var?” sualına Manaf belə cavab verib:
“Bağımda, əslində, çox adam var: bağban, mühafizəçi, oğlum Elçin gəlib yanıma”.
M.Ağayev övladlarından ayrıca söz açıb:
“Oğullarımdan biri icbari sığorta agentliyində, o biri isə bankda işləyir. Qızımla bir oğlumun ifaçılıq istedadı olsa da, onların elə dövlət işində işləmələri daha yaxşıdır. Uşaqlarım çox savadlıdır. Hamısı ali təhsillidir. Onlar Manaf Ağayevin adı ilə deyil, öz bilikləri ilə universitetə daxil olublar. Övladlarımla fəxr edirəm”.
Daha sonra sənətçi sağlamlığında ciddi problemlərin olduğunu söyləyib:
“35 ildir ki, sənətdəyəm. Gəzmədiyim yer yoxdur. Əzab-əziyyətlə, alın tərimlə bunları qurmuşam, canım xəstə düşüb. Heç kimin indiyə kimi pulunu kəsməmişəm, oğurluq etməmişəm. Hamısını özüm etmişəm. Oruc tutmasam da, uşaqlarımın hamısı tutur. Çoxlu dərman qəbul edirəm. Bir az ağrılarım var, müalicə alıram. Bu da düzələr”.
Proqramın gedişatında sənətçi Zaurun təkidi ilə dəbdəbəli bağ evini kameralar önündə sərgiləyib.
Qeyd edək ki, M.Ağayevin iki oğlu, bir qızı var. Sənətçi böyük oğlu Elçini iki il öncə evləndirib. Bu toy mərasimi mediaya qapalı şəkildə keçib. Bir neçə ay öncə isə müğənninin ikinci oğlu Müşfiq nişanlanıb.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Nicat Rəhimov: "Obraz tələb edirsə, qadın geyimi də geyinərəm"
"Kızılcık Şerbeti"nin yeni mövsümünün yayım tarixi açıqlandı
Taleh Yüzbəyovun həyat yoldaşı xəstəxanaya yerləşdirildi
18 yaşlı aktrisa dünyasını dəyişdi
Qriqori Lepsin şirkətlərinin vergi borcu açıqlandı
Mikrofonun işləməməyi Mərdana mane olmadı
Murad Arif yayın hiti “Hoqqa”nı təqdim etdi