Maliyyə bazarlarının inkişafı üzrə işçi qrupun iclası olub
Biznes mühiti və beynəlxalq reytinqlər üzrə Komissiyanın Maliyyə bazarlarının inkişafı və kredit əlçatanlığı üzrə işçi qrupun “Webex” onlayn platforması ilə növbəti iclası keçirilib.
“Minval.info” xəbər verir ki, bu barədə Azərbaycan Mərkəzi Bankı (AMB) məlumat yayıb.
Məlumata görə, iclasda emissiya prosedurlarının sadələşdirilməsi ilə bağlı infrastruktur və normativ çərçivəyə baxılması, səhmləri kütləvi təklif üsulu ilə buraxılan emitentlərə vergi güzəştlərinin tanınması imkanlarına baxılması, sığorta bazarının sağlamlaşdırılması və dayanıqlığının artırılması üçün tənzimləyici çərçivənin təkmilləşdirilməsi, investisiyanın səmərəliliyi ilə bağlı maliyyə savadlılığının artırılması və sığorta ilə bağlı məlumatlılığın artırılmasına dair birgə müzakirələr aparılıb.
Qarşılıqlı müzakirələr formatında keçən görüşün sonunda, iclas ərzində vurğulanan məsələlərə dair məqbul hesab edilən təkliflərin ümumiləşdirilərək işçi qrupu vasitəsilə dövlət-biznes dialoqu çərçivəsində Komissiyanın Katibliyinə təqdim edilməsi qərara alınıb.
İclasa AMB ilə yanaşı, Ədliyyə Nazirliyinin, İqtisadiyyat Nazirliyinin, nazirlik yanında Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin, Maliyyə Nazirliyinin, “Azərbaycan Banklar Assosiasiyası”, “Azərbaycan Mikromaliyyə Assosiasiyası”, “Azərbaycan Sığortaçılar Assosiasiyası” İctimai Birliklərinin, “Azsığorta”, “Atəşgah Həyat Sığorta”, “PAŞA Sığorta” və “PAŞA Həyat Sığorta” ASC-lərin nümayəndələri qatılıb.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Azərbaycanda əhalinin gəlirləri 15 % artıb
Maaşa əlavələri necə almaq olar? - Açıqlama
Sabah Azərbaycan Mərkəzi Bankı faiz qərarını açıqlayacaq
Türkiyəyə ianələrlə bağlı Azərbaycan banklarından QƏRAR
Bank kartlarından da vergi tutulacaq? - İZAH
Azərbaycanda mobil telefonlar kəskin bahalaşacaq -YENİ TƏLƏB