Makqreqor yenə aranı qarışdırdı
Bir neçə gün əvvəl peşəkar karyerasını bitirdiyini, ardınca bərpa etdiyini açıqlayan Konor Makqreqorun adı iki qalmalaqa qarışıb.
Fanat.Az xəbər verir ki, irlandiyalı UFC döyüşçüsu Dublində dava saldığı iddia olunub. “The Irish Mirror”un məlumatına görə, Makqreqor barın önündə bir nəfər Həbib Nurəhmədovu nəzərdə tutaraq ona “Rus səni döydü” deyib. Bundan qəzəblənən irland döyüşçü onu yumruqla vurub. Polis olayla bağlı araşdırmalara başlayıb.
Bu arada Makqreqordan uşağı olduğunu deyən Terri Murray “Instagram” profilini yenidən aktivləşdirib. Bu ilin əvvəlində 1 yaşındakı qızının fotosunu paylaşaraq onun Makqreqorun övladı olduğunu deyən 26 yaşlı qadın onunla 2017-ci ildə Liverpulda birlikdə olduqlarını bildirmiş və DNT analizi aparmağı tələb etmişdi. Makqreqorun Di Devlindən olan ilk uşağının doğumundan 4 dəfə öncə birlikdə olduqlarını iddia edən Murray daha sonra profilini dondurmuşdu. Bu həftə profili yenidən aktivləşdirən qadın izləyiciləri ilə söhbət edərkən bildirib ki, Makqreqor hələ də DNT testi elətdirməyib. O, həmçinin qeyd edib ki, buna ehtiyac yoxdu və uşağın atası həqiqətən də irland idmançıdı.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Ronaldo cəzalandırılmasına belə reaksiya verdi
Ailəsini də götürüb Əbu-Dabiyə getdi: Gürcü ilə döyüşmək üçün
Ronaldo və Jezuş arasında gərginlik: azarkeşləri narahat edən mübahisə
Azərbaycan güləşçiləri dünya çempionatında 3 gümüş medal qazanıblar
Ronaldo, Messi ilə rəqabətindən danışdı: Formula 1 əfsanələri kimi
Əfsanəvi boksçu Vilfredo Qomes 69 yaşında vəfat etdi
Cəmilə Muradlı Avropa çempionu adını qazandı