"Makedon" özünə qadağa qoydu — AÇIQLAMA

Azərbaycan kinosunun Makedonu Aqil Ağacanov bundan sonra televiziyadan gələn heç bir dəvəti qəbul etməyəcək.
Bu barədə “Ölkə.Az”a açıqlamasında A.Ağacanov bildirib:
“Axırıncı dəfə iki il əvvəl efirdə olmuşam. Bundan sonra heç bir televiziyaya müsahibə vermək, efirə çıxmaq fikrim də yoxdur”.
A.Ağacanov çəkildiyi obrazlara layiqli qiymət verilməməsindən narazılığını da gizlətməyib:
“İki filmə çəkilmişəm, heç məni yada salan olmayıb. Ona görə bu barədə heç danışmaq istəmirəm. Allaha şükür, çörəyimi tapıram, dolanıram, min bərəkət. Bundan sonra mənə heç nə lazım deyil”.
Qeyd edək ki, Aqil Ağacanov “Bizim Cəbiş müəllim” filmində Makedon, “Yuxu” filmində isə polis nəfəri obrazlarını canlandırıb.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Mayk Tayson İstanbula gəldi: Bu serialda rol alacaq?
Məşhur aktyora ağır itki üz verdi
Məşhur meyxanaçı İlkin Çərkəzoğlu dünyasını dəyişdi
Miri Yusif “Tanrı”nı təqdim etdi - Video
Ermənistan 500 km mənzilli PUA-larla güclənir
Mədət Quliyev oğluyla toyda görüntüləndi
Amazon süni intellekt təhlükəsizliyinə çağırır