12.08.2019 - 23:12
Maqazin
18 baxış
Mahnısı ilə rekord qıran əcnəbi dicey qəzada öldü
DJ Arafat və Arafat Muana ləqəbləri altında çıxış edən musiqiçi Anj Didye Huon 33 yaşında dünyasını dəyişib.
“Qafqazinfo” xəbər verir ki, o, Əbidcan şəhərində baş verən yol-nəqliyyat hadisəsinin qurbanı olub. Motosikletdə hərəkət edən DJ Arafat avtomobilə çırpılıb. Musiqiçi dərhal xəstəxanaya çatdırılsa da, onun həyatını xilas etmək mümkün olmayıb. O, reanimasiya şöbəsində vəfat edib.
Qeyd edək ki, Anj Didye Huon 1986-cı il yanvarın 26-da anadan olub. O, dicey, müğənni və rəqs sənəti ilə məşğul olub.
DJ Arafatın “Moto Moto” adlı mahnısına çəkdirdiyi klipi Yutubda 1 sutka ərzində 1 milyondan çox baxış sayı toplamışdı. Musiqiçinin karyerası ərzində 11 studiya albomu işıq üzü görmüşdü.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Mayk Tayson İstanbula gəldi: Bu serialda rol alacaq?
27.10.2026 - 12:14
Məşhur aktyora ağır itki üz verdi
24.10.2026 - 14:54
Məşhur meyxanaçı İlkin Çərkəzoğlu dünyasını dəyişdi
20.10.2026 - 10:14
Miri Yusif “Tanrı”nı təqdim etdi - Video
25.09.2026 - 12:37
Ermənistan 500 km mənzilli PUA-larla güclənir
19.09.2026 - 14:02
Mədət Quliyev oğluyla toyda görüntüləndi
19.09.2026 - 11:55
Amazon süni intellekt təhlükəsizliyinə çağırır
19.09.2026 - 10:31
Çjan İminq Asiyanın ən varlı şəxsi oldu
19.09.2026 - 10:03
