“Mahnıda seks havası varsa, bunu göstərirəm”
“Sənət adamı hər tərəfli olmalıdır. Sənətçinin özünəməxsusluğu mütləqdir”.
Bu sözləri Axşam.az-ın suallarını cavablandıran müğənni Dilarə Kazımova deyib.
O, konsert vermə planlarından söz açıb:
“İstəyirəm ki, çoxlu mahnılar yığım. Azərbaycan dilində xeyli mahnılarım olmalıdır ki, konsert verim. Fərqli üslubda olan “Harem” mahnısını ifa etdim və klip çıxardım. Kütlənin arxasınca qaçmıram. Bazarda hər bir üslubda ifaçı olmalıdır. Bu zaman insanlar seçim edə bilirlər. İnanıram ki, insanlar keyfiyyətli musiqiyə qayıdacaqlar”.
Sənətçi açıq-saçıq fotolarından danışıb:
“Deyirlər ki, indi soyunmağa başlamısan. Ancaq “Sing your song” yarışmasında ilk dəfə səhnəyə bodi ilə çıxmışdım. Üzərimdə işləyirəm, fərqliyəm. Özümə inanıram. Bilirəm ki, hər yerdə fərqliliyimi göstərə bilirəm. Özümü stresdən çıxara bilirəm. Çətin vəziyyətdə belə düşünməlisən ki, bu, bir sınaqdır. Emosionalam, bu zaman çalışıram ki, ona qədər sayım və cavab verməyim. Özümü cilovlayıram. Hərdən elə bilirlər ki, nəyisə əsəbi deyirəm. Halbuki səs tembrim belədir”.

D.Kazımova builki ad günündə aldığı reaksiyalardan xoşhal olduğunu deyib:
“Ad günümdə çox gözəl reaksiyalar aldım. Ötən il builki kimi deyildi. Düşünürəm ki, öz yolumu tapmışam. Dama-dama göl olar. 35 yaşım olsa da, özümü bu yaşda hiss etmirəm. Deyirlər bir az ağır olmalısan, amma mən həmişəki Dilarə olacam. Yerinə görə davranıram. Nə edirsənsə, vaxtında etmək lazımdır. Qadınlar var baxırsan ki, 70 yaşında şortik geyinməyə başlayıb (gülür)”.
Müğənninin ideal kişi obrazı isə belədir:
“Özümü xoşbəxt hiss edirəm. Xoşbəxt olub, sonra sevgili tapmaq lazımdır. Kimisə tapıb, onunla xoşbəxt olmaq lazım deyil. Xoşbəxtliyi kiminləsə bölüşmək lazımdır. Sevəcəyin adamla kimyan tutmalıdır. Onu görəndə həyəcanlanmalısan.
Kişi çox işləməlidir. Yumor hissi olmalıdır. Məni düşünməli, sevməlidir. O məni sevsə, mən də onun sözlərinə qulaq asacam. Yanımda kişi olanda onunla məsləhətləşirəm. Sənətimlə bağlı sərhədlər qoymamalıdır. Mən açıq geyinirəmsə, deməli, məqsədə uyğun edirəm. 35 yaşım var. Əgər həyatıma gəlirsə, məni olduğum kimi qəbul etməlidir. Uzun yol keçmişəm, kimsə birdən-birə mənə “bunu etmə” deyə bilməz. Düşünürəm ki, gəl lütləşək, bunun ortasında nəsə edək. Mahnıda seks havası varsa, bunu göstərirəm. Bir sözlə, PR üçün soyunmuram”.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Ermənistan 500 km mənzilli PUA-larla güclənir
Mədət Quliyev oğluyla toyda görüntüləndi
Amazon süni intellekt təhlükəsizliyinə çağırır
Çjan İminq Asiyanın ən varlı şəxsi oldu
Alim Qasımovdan Üzeyir Mehdizadəyə böyük dəstək!
Flora Kərimova: Afət Fərmanqızı ilə barışmadım
Sumqayıtda 12 000 manata tam təmirli mənzillər!