"Mağazada çörək satdığım üçün utanmıram" - Sevda Yahyayeva - VİDEO
Müğənni Sevda Yahyayevanın yeniyetməlik illərində çəkilmiş görüntülərindən bəhs edib. Minval.İnfo xəbər verir ki, müğənni kilolu və makiyajsız görünüşünü müzakirə edənlərə öz rəsmi səhifəsində cavab verib :
“Səhnəyə gəldiyim ilk gündən bəri kasıb ailədən olduğumu, atasız böyüdüyümü, mağazada çörək satdığımı heç kəsdən gizlətməmişəm. Hamı mənim keçmişimi əzbər bilir. 13 yaşımda Qobu qəsəbəsində keçirilən konsert proqramı zamanı çəkilmiş kasıbyana, zövqsüz və indi sizə gülməli görünən görüntümdən bu gün də utanmıram. Çünki hazırda yetərincə məşhur, gözəl dost çevrəsinə malik, maddi və mənəvi azadlıq qazanmış biriyəm. Anama, ailəmə ürəyim istəyən kimi baxa bilirəm. İndiyə kimi qazandığım statusdan istifadə edib heç kimi acılamamışam, heç bir imkansıza yuxarıdan aşağı baxmamışam. Şöhrət və pul mənim xasiyyətimi dəyişməyib. Həyatda irəliləməyi, ürəyi istəyən işlə məşğul olmağı, heç bir əməliyyat keçirmədən boz sərçədən cazibədar bir ulduza çevrilməyi Allah hər kəsə nəsib etmir. Sağ əlim arzusunda olanların başına olsun”.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Ermənistan 500 km mənzilli PUA-larla güclənir
Mədət Quliyev oğluyla toyda görüntüləndi
Amazon süni intellekt təhlükəsizliyinə çağırır
Çjan İminq Asiyanın ən varlı şəxsi oldu
Alim Qasımovdan Üzeyir Mehdizadəyə böyük dəstək!
Flora Kərimova: Afət Fərmanqızı ilə barışmadım
Sumqayıtda 12 000 manata tam təmirli mənzillər!