Madonnanın uşaqları ilə bağlı paylaşımı qalmaqala səbəb oldu - FOTO
Müğənni Madonna şəxsi “Instagram” hesabının “hekayə” bölümündə qaradərili uşaqlarının fotolarını əcaib tərzdə paylaşdığı üçün izləyicilərin qəzəbinə tuş gəlib.
Oxu.Az xəbər verir ki, ifaçının yayımladığı fotolarda onun Ester və Stella adlı əkizləri əks olunub.
Kadrda Madonnanın əlində qarpız dilimini tutması əks olunub. Lentə alınan fotolarda qarpızın dilimi vizual olaraq əkizlərin ətəyi kimi görünüb.
“Twitter” sosial şəbəkəsində paylaşılan bu fotolar müğənninin izləyicilərini özündən çıxarıb. Onlar Madonnanın bu addımını irqi ayrıseçkiliyin təzahürü olaraq qəbul ediblər.
Məsələ ondadır ki, qaradərili insanların qarpız yeməyi çox sevməsi ilə bağlı stereotiplər mövcuddur.


Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Ermənistan 500 km mənzilli PUA-larla güclənir
Mədət Quliyev oğluyla toyda görüntüləndi
Amazon süni intellekt təhlükəsizliyinə çağırır
Çjan İminq Asiyanın ən varlı şəxsi oldu
Alim Qasımovdan Üzeyir Mehdizadəyə böyük dəstək!
Flora Kərimova: Afət Fərmanqızı ilə barışmadım
Sumqayıtda 12 000 manata tam təmirli mənzillər!