"Maddi və mənəvi Manafın yanında olmuşam" - Vasif Məhərrəmli
Əməkdar artist Vasif Məhərrəmli müğənni Manaf Ağayevlə aralarında yaşanan inciklikdən bəhs edib.
Axşam.az xəbər verir ki, sənətçi “Günün sədası” verilişinə telefonla bağlanaraq həmkarının onunla bağlı dediklərinə cavab verib:
“Manaf Ağayevin hər vəziyyətində çalışmışam yanında olum. Manaf dostumdur. Ürəyi uşaq ürəyi kimidir, baxanda çox pafosla danışır. Bir anlıq bir söz deyib, sonra peşmançılığını çəkir. Hər halıyla mənim dostumdur. Məndən küsə bilər, amma qardaş arasında, ailədə küsülülk ola bilər. Əsas odur ki, barışmağa işıq yeri olsun. Maddi və mənəvi hər zaman Manafın yanında olmuşam”.
Verilişdə yer alan Manaf Ağayev “Sən mənim qardaşımsan” sözlərini deyib.
Qeyd edək ki, Manaf Vasifin ünvanına “Güvəndiyim dağlar sənə də qar yağdı” sözünü deyib. Daha sonra onlar sosial şəbəkədə bir-birini izləmədən çıxarıb.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Mayk Tayson İstanbula gəldi: Bu serialda rol alacaq?
Məşhur aktyora ağır itki üz verdi
Məşhur meyxanaçı İlkin Çərkəzoğlu dünyasını dəyişdi
Miri Yusif “Tanrı”nı təqdim etdi - Video
Ermənistan 500 km mənzilli PUA-larla güclənir
Mədət Quliyev oğluyla toyda görüntüləndi
Amazon süni intellekt təhlükəsizliyinə çağırır