Macarıstanda son sutkada 111 nəfərdə koronavirus aşkarlandı
Macarıstanda ötən sutkada 111 nəfərə COVID-19 diaqnozu qoyulub.
“Report” xəbər verir ki, bunu Macarıstan baş nazirinin dəftərxanası açıqlayıb.
Ölkədə qeydə alınan yoluxma hallarının sayı 1 763-ə yüksəlib.
Aprelin 17-nə olan məlumata görə, Şərqi Avropa ölkəsində 156 nəfər koronavirusun qurbanı olub, 207 nəfər isə sağalaraq xəstəxanadan evə buraxılıb.
Xatırladaq ki, koronavirus infeksiyası ötən ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb. Hazırda virus 210 ölkə və bölgədə qeydə alınıb.
Dünyada koronavirus infeksiyasına indiyədək yoluxanların sayı 2 184 000-i ötüb. Bunların 553 046 nəfəri sağalıb, 146 897 nəfəri isə ölüb.
Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) fevralın 11-də infeksiyanın adını COVID-19 qoyub, martın 11-də isə koronavirusu pandemiya elan edib.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Rusiyalı MMA döyüşçüləri Türkiyədə dava saldı - VİDEO
Rusiya vətəndaşları Tbilisidə aksiya keçiriblər
NASA foto yaydı: Dorian sürətlə gəlir
İraq Suriyanı bombalayır
Zelenski iranlılara müraciət etdi: “Niyə şər dövlətin tərəfindəsiniz?”
Məşhur stendapçı səhnədə vəfat etdi