Mətanətdən qadına şiddət açıqlaması: "Hökmlü kişi pisdir?"
Aparıcı Mətanət Əliverdiyeva qadınlarla bağlı dediyi və qalmaqala səbəb olan sözlərinə aydınlıq gətirib.
Axşam.az-la əlaqə saxlayan aparıcı bildirib ki, fikirlərini yanlış anlayıblar. Əliverdiyeva hər zaman qadına şiddətə qarşı olduğunu söyləyib:
“Hər zaman qadına şiddətə ilk qarşı çıxan özüm olmuşam. Sözlərimi düz eşitsinlər, sonra qınasınlar. Hər birimiz ailədə belə hallarla qarşılaşmışıq: atamız anamızı vurub. Kişi sevdiyi qadına əl qaldırıb. Ata övlada sillə vurub. Olmayıb kiminsə ailəsində bu cür hal? “Böyük dayaq” filmində belə atanın əl qaldırdığı səhnə var. Bu mənada Manafa sual ünvanladım ki, xanımına əl qaldırmısan?
İndiki zəmanədə ailədə bir şey olmamış gəlin ya uşaqlarını götürüb gedir, ya övladlarını atıb, başqasına qaçır. Bu nöqteyi nəzərdən dedim ki, kişinin yumruğu olmalıdır. Demədim ki, kişi yumruğunu qadının başına vursun. Kişinin zəhmi olar, qadın ondan çəkinər. Demirəm ki, qadın qapazaltı olsun. Bunu heç kimə rəva görmürəm. Şiddət başqadır, kişi yumruğu başqa. Evdə hökmlü kişi pisdir?
O evdə ki, kişi hökmranlığı itirib, qadın onun başında qoz sındırırsa, o ailədən ailə olmaz. Bunu demək istəmişəm. Başqa yönə yazılmasın. Şiddət gündə döyülmək, başından qapazın əskik olmamasıdır.
Tez-tez oxuyuruq ki, qadın ərini qoyub, başqasına qaçdı. Bunlar kişi zəifliyindən irəli gələn hallardır”.
Qeyd edək ki, M.Əliverdiyeva proqramına qonaq olan müğənni Manaf Ağayevə “Qadın səni hansı həddə çatdırmalıdır ki, ona əl qaldırasan” sualını ünvanlayıb.
Manaf isə “Belə göründüyümə baxma, o vəziyyətə dözən deyiləm. Bir kəlimə sözə görə baş kəsərəm. Ailəm məni qəşəng tanıyır ki, bu sözü desə, öldürərəm, asıb-kəsərəm. Bir dəfə təzə evlənəndə xanımıma əl qaldırmışam. Gəldim ki, uşaq ağlayır, onda bir dəfə vurmuşam. Üzr istəmədim. O mənə aid deyil” sözlərini bildirib.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Ermənistan 500 km mənzilli PUA-larla güclənir
Mədət Quliyev oğluyla toyda görüntüləndi
Amazon süni intellekt təhlükəsizliyinə çağırır
Çjan İminq Asiyanın ən varlı şəxsi oldu
Alim Qasımovdan Üzeyir Mehdizadəyə böyük dəstək!
Flora Kərimova: Afət Fərmanqızı ilə barışmadım
Sumqayıtda 12 000 manata tam təmirli mənzillər!