Mətanət Əsədova yasda muğam oxudu - Video
Müğənni Mətanət Əsədovanın yas mərasimlərinin birindən videosu yayılıb.
Minval.info xəbər verir ki, “5/5” verilişində nümayiş etdirilən kadrlarda onun məclisdə muğam oxuması yer alıb.
Proqramın qonağı olan sənətçi bu görüntülər nümayiş etdiriləndən sonra əsəb keçirib və videonu yarımçıq saxlatdırıb.
Əsədova videoda baş verənləri belə izah edib:
“Bu görüntülər dayımın arvadının yasındandır. Oradan çıxırdım, qızı məni buraxmadı. Onsuz analar barədə oxuyanda çox pis oluram. Mən ana xəstəsiyəm. Dayımın qızı dedi ki, ağı de. Mən də dedim ki, ancaq muğam deyə bilərəm. Öz qohumlarımın başıboşluğundan video yayılıb. Orda olanlardan biri çəkib, qonşuya göndərib. O da bunu yayıb. İndi həmin adam utanıb, yerə girsin”.
Veriliş zamanı Mətanət Zaura, “Səninlə sonra danışacağam. Bilmirəm ki, biz dostuq, yoxsa düşmən” deyib.
Qeyd edək ki, bir neçə ay öncə müğənninin içki süfrəsində də videosu yayılmışdı və qalmaqala səbəb olmuşdu.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Ermənistan 500 km mənzilli PUA-larla güclənir
Mədət Quliyev oğluyla toyda görüntüləndi
Amazon süni intellekt təhlükəsizliyinə çağırır
Çjan İminq Asiyanın ən varlı şəxsi oldu
Alim Qasımovdan Üzeyir Mehdizadəyə böyük dəstək!
Flora Kərimova: Afət Fərmanqızı ilə barışmadım
Sumqayıtda 12 000 manata tam təmirli mənzillər!