Mətanət mahnısını oxuyan müğənnini təqdimatda ağlatdı – FOTOLAR
“Azəristar” mahnı yarışması ilə tanınan, müğənni Kəmalə Qaramollayeva 7 illik fasilədən sonra yeni klipini təqdim edib.
Musavat.com xəbər verir ki, o, əməkdar artist Mətanət İsgəndərlinin repertuarından olan “Sən ol mənim həmdəmim” adlı mahnıya ekran həyatı verib. Tanınmış prodüser Asif Kərimov ilə işbirliyinə başlayan Kəmalə sənət fəaliyyətinə fasilə verməsinin səbəblərini açıqlayıb. O, ailə həyatı qurduğuna görə bir müddət səhnədən getdiyini, övlad həsrəti çəkdiyini dilə gətirib. Kəmalə yenidən sənətə geri döndüyünü də vurğulayıb.

Klipin təqdimat mərasiminə bəstənin ilk ifaçısı, əməkdar artist Mətanət İsgəndərli də qatılıb. O, ifaçıya uğurlar arzulayıb:
“Bu mahnını 25 il əvvəl oxumuşam. Çox məşhur müğənnilər bu mahınını məndən istədi, lakin vermədim. Kəmalə də zəng etdi, mahnını oxumaq istədiyini dedi, ona gözləməyi məsləhət gördüm. Çünkü manılarım balalarım kimidir, onları kiməsə verməyə ürəyim gəlmir. Sonradan ürəyim dözmədi, özüm bu mahnının halallığını ona verdim. Dedim ki, Kəmalə mələk kimi qızdır, elə qoy mahnım da mələyə qismət olsun”.
Bu sözlərdən kövrələn Kəmalə göz yaşlarına hakim ola bilməyib.

Sənətçinin prodüseri, sözügedən mahnının söz və musiqi müəllifi Asif Kərimov da K.Qaramollayevaya qadağalar qoyduğunu açıqlayıb:
“Kəmalə sənəti ilə gündəm ola bilər. Digər çalışdığım müğənnilər kimi ona da qadağalarım var. Yersiz qalmaqallar, dedi-qodu, açıq-saçıq geyimlərlə gündəmə gəlmək yasaqdır. Yəqin klipdə də gördünüz, örtülü geyimdə idi. Lİbasının dekoltesi mən icazə verənə qədər idi”.
Qeyd edək ki, klipin rejissoru Rafiq Rüstəmlidir.




Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Mayk Tayson İstanbula gəldi: Bu serialda rol alacaq?
Məşhur aktyora ağır itki üz verdi
Məşhur meyxanaçı İlkin Çərkəzoğlu dünyasını dəyişdi
Miri Yusif “Tanrı”nı təqdim etdi - Video
Ermənistan 500 km mənzilli PUA-larla güclənir
Mədət Quliyev oğluyla toyda görüntüləndi
Amazon süni intellekt təhlükəsizliyinə çağırır
