Mətanət İsgəndərlinin oğlu qızını döyməsi barədə ittihamlara cavab verdi: “Nə lazımdırsa, onları edirəm”
Əməkdar artist Mətanət İsgəndərlinin oğlu Kərim keçmiş xanımı Cananın (Aynur) şiddət ittihamlarına cavab verib.
O, “MTV xəbər”ə açıqlamasında qızını və xanımını döyməsi barədə verilən sualları belə cavablandırıb:
“Uşaqlarımın anasıdır. Əsəbi olub, şantaj edib, özü və Allahı bilər. Mən yenə o uşaqların atasıyam, arxalarında dayanmışam. Nə lazımdırsa, onları edirəm. Mən məcbur deyiləm ki, mətbuata bu barədə açıqlama verim. Çox danışmaq istəmirəm”.
ƏLAQƏLİ
Təxribat cəhdlərinin heç bir nəticəsi olmayacaq – Partiya sədrindən sərt mövqe
Qeyd edək ki, Canan bir neçə gün əvvəl qızının fotolarını instaqramda paylaşaraq atası tərəfindən şiddətə məruz qaldığını iddia edib.
O, qızı yox, özünün döyülməsi barədə polisə şikayət etdiyini açıqlamışdı.
Qeyd edək ki, Kərimlə xanımı Canan ötən il ayrılıb. Cütlüyün bu nikahdan üç övladı var.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
"Məni ən çox azyaşlı qızlarımızın taleyi düşündürür"
FHN yanğın təhlükəsizliyi mövzusunda kütləvi aksiya keçirdi
Bakıda jurnalist Nəcəf Nəcəfovun məzarı üzərindəki barelyef bərpa edilib
Kəlbəcərə qar, Yardımlıya dolu düşüb - faktiki hava
İtkin düşmüş şəxslərlə bağlı beynəlxalq konfrans iştirakçıları Xocalıda