Mətanət canlı efirdə yayılan videosu barədə DANIŞDI: "O yerlərdə işləyən biridir..." - VİDEO
Prodüser Tarix Əliyev “Hər şey daxil” verilişində müğənni Mətanət Əsədovanın videosu barədə növbəti dəfə münasibət bildirib.
Minval.info xəbər verir ki, proqramın aparıcısı sənətçi barədə müsbət sözlər söyləyib və ona dəstək olduğunu ifadə edib.
Mətanət Əsədova telefon vasitəsilə canlı efirə bağlanıb, baş verənlərlə bağlı danışıb. O, əvvəlcə sənətçiyə dəstək olanlara təşəkkürünü bildirib. Daha sonra videonun yayıldığından xəbər tutduqdan sonra halının pisləşdiyini, toy məclisinə gecikdiyini və üstünə təcili tibbi yardımın gəldiyini söyləyib.
“Orada dəfələlə deyildi ki, çəkməsin. Axı sənin marağın nədir ki, bunu lentə alırsan? Bununla bağlı lazımi yerlərə müraciət edəcəyəm. Videonu çəkənə insan deməzdim. Heç bilmirəm nə danışıram. İki gündür gözümə yuxu getmir. Nəyə görə bunu edirsiniz?” – Əsədova söyləyib.
Mətanət xanım həmçinin videonu çəkən şəxsin yüksək vəzifədə çalışdığını bildirib.
Minval.info
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Fırat Tanış alkoqol asılılığından necə qurtuldu?
İlqarə Kazımovadan arıqlamağın sirri açıqlandı
Aybəniz Haşımova: "34 il sonra şəhid torpağında
Venesiya Film Festivalında "Qızıl Şir" Danimarkaya getdi
Yeraltı serialının yeni mövsümü gəlir!
Türkiyədə toy qonaqları qəzaya düşdü: 21 yaralı
Elşad Xose psixiatriya iddialarını təkzib etdi