“Məşhurlaşanda sanki həbsxanaya düşürsən”
“Netflix”in yeni Türkiyə istehsalı olan “Atiye”də baş rolu calandıran Beren Saat “Based İstanbul” jurnalı üçün kamera qarşısına keçib.
Beren təkcə foto və video çəkdirməyib, o, eyni zamada dərgiyə müsahibə də verib.
B. Saat aktrisalıq fəaliyətinə “Aşk-ı Memnu”da birlikdə rol aldığı Selçuk Yöntemin tamaşasını izlədikdən sonra başladığını bildirib.
“9-10 yaşım var idi. Selçuk Yöntemin “Ben Feuerbacj” tamaşasını izləmişdim. Finalda dəmir pilləkənləri, yanıb-sönən işıqları və aktyorun səhnəyə çıxışını xatırlayıram. “Mən də bu səhnədə olmaq istəyirəm” hissi yarandı”,- deyə məşhur aktrisa vurğulayıb.

Bundan əlavə, Beren Türkiyə istehsalı olan filmlərdən narazı olduğunu qeyd edib: “Çox qaranlıq, gərgin bir dövrü aşmışıq. İndi musiqi, kitab və teatrda çox gözəl yaradıcı məhsullar ortaya qoyurlar. Təəssüf ki, bunları filmlərdə görmürük. Çünki komediya janrında kinolarımız daha çox çəkilir”.
“Məşhurluq sizə necə təsir edir?” sualına serial və kino ulduzu belə cavab verib: “Məşhurluq, populyarlıq məşhur olanadək gözəl görünür. Lakin məşhur olduğun gün sanki həbsxanaya düşürsən”. Qafqazinfo
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Mayk Tayson İstanbula gəldi: Bu serialda rol alacaq?
Məşhur aktyora ağır itki üz verdi
Məşhur meyxanaçı İlkin Çərkəzoğlu dünyasını dəyişdi
Miri Yusif “Tanrı”nı təqdim etdi - Video
Ermənistan 500 km mənzilli PUA-larla güclənir
Mədət Quliyev oğluyla toyda görüntüləndi
Amazon süni intellekt təhlükəsizliyinə çağırır