Məşhurlarla dolu Yeni il filmi təqdim olundu
Ötən gün Heydər Əliyev Sarayında “Qış nağılı” Yeni il komediyasının qala gecəsi keçirilib.
Ekran işi iki seriyadan ibarətdir. Filmin baş prodüseri, ideya müəllifi və rejissoru Cəfər Axundzadədir.
Ekran işinin ssenarisi Vüqar Hüseynov, Talıb Əhmədov və Cəfər Axundzadə tərəfindən yazılıb.
“Qış nağılı”nda bir çox məşhur yer alıb. Filmdə baş rol ifaçısı demək olar ki, yoxdur.
Ssenari eyni oteldə baş verən bir neçə hekayədən ibarətdir.
Bir neçə ildir yubanan nişanlarını Yeni il gecəsi keçirməyə qərar verən cütlük və onların hekayəsində Elcan Rəsulov, Oksana Rəsulova, Səidə Quliyeva, Sənubər İsgəndərli, Oqtay Əliyev və Asya Abdullayeva rol alıb.
Nişanda iştirak etmək üçün otelə gələn dostlar hekayəsinin baş qəhrəmanları Əlixan Rəcəbov, Taleh Yüzbəyov, Rövşən Məmmədli, Samirə Əfəndiyeva, Dilarə Kazımovadır.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Ermənistan 500 km mənzilli PUA-larla güclənir
Mədət Quliyev oğluyla toyda görüntüləndi
Amazon süni intellekt təhlükəsizliyinə çağırır
Çjan İminq Asiyanın ən varlı şəxsi oldu
Alim Qasımovdan Üzeyir Mehdizadəyə böyük dəstək!
Flora Kərimova: Afət Fərmanqızı ilə barışmadım
Sumqayıtda 12 000 manata tam təmirli mənzillər!