Məşhurlar Nuranın təqdimatında hoqqa çıxardı - VİDEO/FOTO
Ötən gün müğənni Nura Suri paytaxt məkanlarının birində “Dönmək olmur” adlı mahnısına çəkdirdiyi klipi təqdim edib.
Minval.info xəbər verir ki, ifaçının xoş gününə onun sənət yoldaşları da qatılıb.
Belə ki, Xalq artisti Brilliant Dadaşova, müğənnilər Səidə Sultan, Sevda Yahyayeva, Vüsal Hacıyev, aparıcılar Samir Bayramlı, Kazım Sübhan, aktyor Elşən Orucov və digərləri təqdimat mərasiminə gələrək Nuraya dəstək olub.
Media nümayəndələrininin də iştirak etdiyi tədbirdə Suri bildirib ki, “Dönmək olmur” mahnısına çəkdirdiyi klip “Gitme” adlı mahnıya çəkilən ekran işinin davamıdır.
“Çəkilişlərimiz iki gün davam etdi. Beş geyimdən istifadə etmişik. Ümumilikdə klip üzərində 30-a yaxın adam çalışıb”, – deyə sənətçi söyləyib.
Gənc müğənnilərin ifaları ilə davam edən tədbirdə daha sonra tort kəsilib. Bu anlar isə əyləncəli görüntülərə səhnə olub.
Qeyd edək ki, mahnının sözləri Elvin Babazadəyə, musiqisi və aranjimanı isə Fərid Ağaya məxsusdur.
Minval.info















Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Ermənistan 500 km mənzilli PUA-larla güclənir
Mədət Quliyev oğluyla toyda görüntüləndi
Amazon süni intellekt təhlükəsizliyinə çağırır
Çjan İminq Asiyanın ən varlı şəxsi oldu
Alim Qasımovdan Üzeyir Mehdizadəyə böyük dəstək!
Flora Kərimova: Afət Fərmanqızı ilə barışmadım
Sumqayıtda 12 000 manata tam təmirli mənzillər!