Məşhur türkiyəli aktrisa dünyasını dəyişdi
Son olaraq “Eşkıya Dünyaya Hükümdar Olmaz” serialında “Hayriye Çakırbeyli” obrazını canlandıran məşhur türkiyəli aktrisa Sabina Toziya 75 yaşında dünyasını dəyişib.
“Minval.info” xəbər verir ki, bu barədə serialın ssenaristi Bahadır Özdener instaqramda bildirib.
“Allahdan anamıza rəhmət, ailəsinə və sevənlərinə başsağlığı diləyirik”, – paylaşımda deyilir.
Qeyd edək ki, S. Toziya 1946-cı il aprelin 17-də Makedoniyanın Skopye (Üsküb) şəhərində anadan olub. “Muhteşem Yüzyıl” serialında “Afife Hatun” obrazını canlandırıb. Toziya, həmçinin “Bal Kaymak” və “Annemin Yarası” adlı filmlərdə də rol alıb. Sənətkar 2021-ci ildə beynindəki şiş səbəbiylə qismən iflic olub və bu səbəbdən “Eşkıya Dünyaya Hükümdar Olmaz” serialından ayrılıb.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Mayk Tayson İstanbula gəldi: Bu serialda rol alacaq?
Məşhur aktyora ağır itki üz verdi
Məşhur meyxanaçı İlkin Çərkəzoğlu dünyasını dəyişdi
Miri Yusif “Tanrı”nı təqdim etdi - Video
Ermənistan 500 km mənzilli PUA-larla güclənir
Mədət Quliyev oğluyla toyda görüntüləndi
Amazon süni intellekt təhlükəsizliyinə çağırır