Məşhur televiziya tamaşası ilə bağlı sirrin üstü illər sonra açıldı

AzTV-nin ən baxımlı ekran işlərindən biri olan “Bala başa bəla” televiziya tamaşasını yəqin ki, bir çoxlarınız izləmisiniz. Televiziya tamaşasının sonunda İzzət Nəfislinin evindəki qonaqlıq səhnəsində divardan asılan şəkildə Suğra (Afaq Bəşirqızı) ilə İzzətin (Cahangir Zeynalov) uşaqlıq şəkilini görürük.
Minval.İnfo xəbər verir ki, Milli.Az-a daxil olan məlumata görə, əslində həmin şəkil aktyor Cahangir Zeynalovun uşaqlıq şəklidir. Aktyorun anası Nəsibə Zeynalova zarafat üçün hələ uşaq ikən Cahangirin həm oğlan, həm də qız paltarında ayrı-ayrı şəkillərini çəkdiribmiş. Yumoru sevən aktrisa qohum əqrəbaya bu şəkilləri göstərib, “Görürsünüz, mənim bir qızım da var” deyirmiş. Rejissor Şərif Qurbanəliyev bu şəkilləri görəndən sonra onları tamaşada da istifadə etmək qərarına gəlib və iki şəkili birləşdirərək dekorda divardan asdırıb.
Qeyd edək ki, ekran işində əsas rolları Cahangir Zeynalov, Səidə Quliyeva, Afaq Bəşirqızı və Ələkbər Hüseynov oynayıb.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Nicat Rəhimov: "Obraz tələb edirsə, qadın geyimi də geyinərəm"
"Kızılcık Şerbeti"nin yeni mövsümünün yayım tarixi açıqlandı
Taleh Yüzbəyovun həyat yoldaşı xəstəxanaya yerləşdirildi
18 yaşlı aktrisa dünyasını dəyişdi
Qriqori Lepsin şirkətlərinin vergi borcu açıqlandı
Mikrofonun işləməməyi Mərdana mane olmadı
Murad Arif yayın hiti “Hoqqa”nı təqdim etdi