Məşhur serialın fanatları “girov” götürüldü - Video

İspaniya istehsalı olan “La Casa de Papel”in beşinci və son sezonunun ilk beş bölümünü izləyicilərə təqdim edən “Netflix” platforması spoyler (əvvəlcədən reklam -red.) təhdidinə qarşı serialın ruhuna uyğun bir addım atıb.
“Minval.info” xəbər verir ki, platforma seriala baxıb ssenarini əvvəlcədən sosial şəbəkələrdə yayan 100 izləyicini müəyyənləşdirərək Madridə dəvət edib.
Təyyarəyə daxil olan qonaqlar anidən filmin baş qəhrəmanı olan professorun səsini eşidiblər. Bu zaman onların girov götürüldükləri bildirilib.
Təşvişə düşən serial izləyicilərinə spoylerin qarşısını almaq üçün belə addım atdıqlarını qeyd ediblər.
Beş saat havada qalan sərnişinlərə layihənin yeni bölümləri təqdim olunub. Beləliklə, uçuş rejimi sayəsində “La Casa de Papel” fanatlarının sosial mediada spoyler yerləşdirməsinin qarşısı alınıb.
https://youtu.be/4Ar9Ikl5XIc
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
19 yaşlı gənc öz istehsalı ilə Guinness Rekordlar Kitabına düşdü
Tarkan bu dəfə COP üçün oxudu - Video
Britaniya Kitabxanası Agata Kristinin sirli dünyasını araşdırır
Mayk Tayson İstanbula gəldi: Bu serialda rol alacaq?
Məşhur aktyora ağır itki üz verdi
Coni nadir xəstəlikdən əziyyət çəkir?
Gündə 30 dəqiqəlik vərdiş onu 48 kilo arıqlatdı - İnanılmaz dəyişiklik