Məşhur müğənninin konfeti 50 min dollara satışa çıxarıldı - FOTO
Dünya şöhrətli müğənni Ariana Qrandenin daha öncə istifadə etdiyi konfet internetdə rekord qiymətə satışa çıxarılıb.
Bir neçə gün öncə verdiyi konsert zamanı səhnəyə əlində konfetlə çıxan 25 yaşlı müğənni şirniyyatı tamaşaçıların üstünə atıb. Sənətçini izləməyə gələn tamaşaçılardan biri bu konfeti taparaq götürüb. Daha sonra konfeti internetdə 50 min dollara satışa çıxarıb.
Fanatları internetdə konfetlə maraqlansalar da, hələlik şirniyyatı almağa tələsən yoxdur.
Qeyd edək ki, A.Qrande ABŞ-ın Florida ştatında dünyaya göz açıb. Onun ulduzu 15 yaşında Brodveydə çıxış etdikdən sonra parlayıb. Ariana ifaçılıq karyerası boyunca iki dəfə Qremmi, üç dəfə Amerika Musiqi mükafatı, iki dəfə MTV Avropa Musiqi mükafatı və bir dəfə MTV Video Musiqi mükafatına layiq görülüb.(oxu.az)

Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Mayk Tayson İstanbula gəldi: Bu serialda rol alacaq?
Məşhur aktyora ağır itki üz verdi
Məşhur meyxanaçı İlkin Çərkəzoğlu dünyasını dəyişdi
Miri Yusif “Tanrı”nı təqdim etdi - Video
Ermənistan 500 km mənzilli PUA-larla güclənir
Mədət Quliyev oğluyla toyda görüntüləndi
Amazon süni intellekt təhlükəsizliyinə çağırır