Məşhur müğənnimiz 1 aya evlənib 5 ilə boşandı – Toydan ilk görüntülər (VİDEO)
Müğənni Niyam Salami “Ay Zaur” verilişində qonaq olub.
Dergi.az xəbər verir ki, ifaçı ayrı-ayrı xanımlarla nişanlı və evli olduğunu bildirib. O, ayrıldığı həyat yoldaşından bəhs edib:
“Bir dəfə nişanlı oldum. Həmin xanım məni çox istəyirdi. Ailəvi dostluq etdiyim adamın qohumu idi. Anası ilə yaşayırdı. Hər şey bir sözdən başladı. Dedi ki, toydan sonra öz evimizə qayıdaq. Sonra adamın başına qaxınc edirlər. Arvad evinə də girə bilməzdim.
Bu sözləri götürə bilməzdim. Ona izah etdim ki, hər şey düzələcək. Qadın çətinliyə dözməli idi, belə problem yaratmamalıydı. Evlənməzdən əvvəl bir-iki il bir-birini tanımalısan. Amma 1 ayın içində məcbur olub evləndim. Anam məcbur etdi ki, mən toyunda oynamalıyam.
O, oynamalı olduğu üçün mənim də “dır-dır”la ömrüm keçməli idi. Qohumum idi qız. İl yarım bir yerdə yaşadıq. Hər şey razılıqla olmuşdu. Beş ildir ayrılmışıq. Ondan sonra onu görməmişəm. Övladımız olacaqdı, amma problem yarandı”.

Aparıcı Zaur Kamal Niyamın keçmiş həyat yoldaşının onunla bağlı açıqlama verdiyini deyib. Səsin efirə getməsinə müğənni imkan verməyib. Zaur isə “Səninlə bağlı heç də yaxşı sözlər demədi. Deyir, evə canyandıran deyildi. Öz aləmi var idi. İstədiyi vaxt gəlib, gedirdi” sözlərini söyləyib.

Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Ermənistan 500 km mənzilli PUA-larla güclənir
Mədət Quliyev oğluyla toyda görüntüləndi
Amazon süni intellekt təhlükəsizliyinə çağırır
Çjan İminq Asiyanın ən varlı şəxsi oldu
Alim Qasımovdan Üzeyir Mehdizadəyə böyük dəstək!
Flora Kərimova: Afət Fərmanqızı ilə barışmadım
Sumqayıtda 12 000 manata tam təmirli mənzillər!