Məşhur mahnıya yeni nəfəs verdi
Müğənni Elnarə Xəlilovanın təsisçisi olduğu “El Yaradıcılıq Mərkəzi”nin üzvlərindən biri Piri Əliyev məşhur “Gedəcəyəm” adlı mahnıya akustik kover hazırlayıb.
Minval.info xəbər verir ki, sözləri və musiqi müəllifi Gövhər Həsənzadə olan bəstəyə çəkilmiş klipin təqdimatı keçirilib. Layihənin ideya müəllifi Elnarə Xəlilova bildirib ki, daim gənclərə dəstəkdir:
“Bizim də əlimizdən tutub sənətdə addımlamağımıza kömək oldular. Mən də gənc istedadlara daim dəstəyəm. Piri də o ifaçılardan biridir. “El Yaradıcılıq Mərkəzi”mizə o qədər istedadlı insanlar yaxınlaşır ki. Onlar arasında həkimlər, müəllimlər, elə junalistlər də var. Səsi istedadı olan hər kəsə qapılarımız açıqdır”.
Qeyd edək ki, sözügedən mahnının müşayətini isə pianoçu Rasim Əsgərov edib. Video və montaj Elvin Qasımzadəyə aiddir.
FOTOLAR: RAMIN QURBANOV
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Məşhur meyxanaçı İlkin Çərkəzoğlu dünyasını dəyişdi
Miri Yusif “Tanrı”nı təqdim etdi - Video
Ermənistan 500 km mənzilli PUA-larla güclənir
Mədət Quliyev oğluyla toyda görüntüləndi
Amazon süni intellekt təhlükəsizliyinə çağırır
Çjan İminq Asiyanın ən varlı şəxsi oldu
Alim Qasımovdan Üzeyir Mehdizadəyə böyük dəstək!



