Məşhur həkim:"Bu cür təşkilatçılıqla sonsuzluğa qədər karantin rejimində oturacağıq"
“Tanıdıqlarım arasında bir neçə nəfər ikinci dəfə COVİD-19 a yoluxub. Yəni iyul ayında yoluxan indi yenə yoluxur. Bu, o deməkdir ki, bu xəstəliyə dayanıqlı immunitet yaranmır”.
“MediaPost” xəbər verir ki, bu fikirləri tanınmış həkim Qalib Əsədov “facebook” səhifəsində yazıb:
“Belə olan halda bu cür təşkilatçılıqla biz sonsuzluğa qədər karantin rejimində oturacağıq. Adamlar təkrar-təkrar yoluxacaq, illər boyu məktəblər işləməyəcək, gənclər toy edə bilməyəcək, işsizlik baş alıb gedəcək. Bütün dünya bunu artıq anlayıb və müvafiq tədbirlər görür.
1. Testləri çox miqdarda edərək, operativ surətdə yeni xəstələnənləri aşkar edir.
2. Dərhal müvafiq müalicə tədbirlərinə başlayır. Apteklərdə də ki, kifayət qədər keyfiyyətli dərman var.
Hamı da işində, gücündə. Mən İsveçrə, Belarusiya, Cənubi Koreya demirəm, elə Naxçıvan modelindən istifadə edə bilərik. Bir baxın orda yoluxma və ölüm nə qədərdir. Çünki iş düzgün təşkil olunub”.
Onun sözlərinə görə, çoxlu test aparmalı, testlərin cavabı operativ hazırlanmalı və apteklər keyfiyyətli dərmanlarla təhciz olunmalıdır:
“Məktəb, universitet, iş yerləri bir sözlə hər yan açılmalıdır. Başqa yolumuz yoxdur. Dünyanın heç bir yerində ilboyu karantin olmayıb”.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Rəsmi Bakıdan Paşinyana cavab: Azərbaycan müharibə istəsəydi...
"Bu, Krım körpüsünün partladılmasına cavabdır" - Putin
““Zavuç” təhdid etdi ki, Elina ilə bağlı yazdığını silməsən...” - Video
"Avtobus pulunu artırsalar, kasıb insanların halı necə olacaq?