Məşhur DJ yeni sinqlını təqdim etdi - Video
8 ildir ki, DJ kimi fəaliyyət göstərən MEHRAJdan (Mehrac Süleymanov) xəbər var.
Minval.info xəbər verir ki, 4 illik peşəkar musiqi təhsili olan MEHRAJ-ın sözlərinə görə, DJ-lik sənətinə yiyələnməsində əsas rol oynayan və kumiri dünyanın ən məşhur DJ-lərindən biri olmuş Aviciidir:
“Aviciinin bütün konsert, klip və studiya videoyazılarına baxaraq elektron musiqidəki ilk addımlarımı da onun mikslərini təkrarlamağa çalışaraq atmışam. Sonra “Bikoo” kimi tanınan DJ Elvin Xasmətovdan bu sənətin dərinliklərini öyrənmişəm”.
MEHRAJ bu illər ərzində yığdığı təcrübəni canlı konsert və tədbirlərdə nümayiş etdirsə də, 2019-cu ildə ilk studiya sinqlının üzərində çalışmağa başlayıb və bu sinqlı yalnız 2021-ci ildə tamaşaçılarla bölüşüb:
““Doppler” adlandırdığım bu sinqlın belə gec çıxmağının əsas səbəbi onun səslənməsində mükəmməllik axtarmağım olub. Hazırda ikinci sinqlım üzərində çalışıram. Onu bu ilin sonlarında təqdim etməyi planlayıram”.
https://www.youtube.com/watch?v=VGNvuQx3Vh8
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Mayk Tayson İstanbula gəldi: Bu serialda rol alacaq?
Məşhur aktyora ağır itki üz verdi
Məşhur meyxanaçı İlkin Çərkəzoğlu dünyasını dəyişdi
Miri Yusif “Tanrı”nı təqdim etdi - Video
Ermənistan 500 km mənzilli PUA-larla güclənir
Mədət Quliyev oğluyla toyda görüntüləndi
Amazon süni intellekt təhlükəsizliyinə çağırır