Məşhur cütlüyün 14 yaşlı qızı model oldu - Foto

Aktrisa Milla Yovoviç və rejissor Pol Andersonun 14 yaşlı qızı Eva Anderson model olmaq qərarına gəlib.
MINVAL.INFO xəbər verir ki, Eva Parisdə təşkil olunan son moda təqdimatlarına qonaq kimi qatılsa da, artıq “Miu Miu” brendinin geyimlərində qırmızı xalçaya çıxır. İlk təqdimat Evanın 14 yaşı tamam olduğu tarixə təsadüf edib.
Bu barədə Milla instaqram səhifəsində paylaşaraq, ona arzularını yazıb:
“Bu il mənim üçün xüsusilə həyəcanlı oldu. O, bu il mənim etibarımı daha çox qazandı. Xeyr, otağı hələ də səliqəsizdir və onun üçün qab-qacaq yumaq demək olar ki, mümkün deyil, amma o, hər gün işə gedib-gələn, ssenari oxuyan bir qıza çevrilib. O, dincəlmək üçün gitara ilə məşq edir və bir neçə gündən bir kitab oxuyur.
Heç vaxt kiməsə xoşagəlməz söz deməz. Ona smartfondan istifadə ilə bağlı qadağalar qoyanda anlayışla qarşıladı və bizə nifrət etdiyini demədi. O, çox yaxşı uşaqdır”.
ƏLAQƏLİ
Biləcəridə metroya yaxın mənzillər: Rahatlıq və əlverişlilik bir arada
Qeyd edək i, Eva daha əvvəl moda jurnallarında rol alıb. 9 yaşında uşaq “Vogue” jurnalında, 11 yaşında isə “Jalouse” dərgisində debüt edib.

ƏLAQƏLİ
Ceki çanın Bakıda fanatları ilə unudulmaz görüşü: Sosial mediada böyük əks-səda
NƏRMİNƏ AYDINQIZI
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Apple və openai arasında qalmaqal: Məxfi məlumatlar necə yayıldı?
Biləcəridə metroya yaxın mənzillər: Rahatlıq və əlverişlilik bir arada
Səs yazısı qalmaqalı: Məşhur kardioloq təxribat iddiaları ilə üz-üzə