Məşhur aparıcı övladını itirdi
“Sən hər iki dünyada mənə lazımsan. Cənnətə birlikdə getdiyim açarımsan. Sən mənim canımsan, qanımsan, bircə qızımsan…”
ANS telekanalında yayımlanan “Kamerton” musiqili verilişi ilə məşhurlaşan aparıcı Gülnarə Məmmədova övladını itirib.
Bir neçə il öncə Özgür adlı türkiyəli iş adamı ilə ailə quran aparıcı, övladının itirməsi ilə bağlı sosial şəbəkədə məlumat verib.
Minval.İnfo xəbər verir ki, o, hamiləliyin sonuncu aylarında düşük yaşadığını bildirib: “Qızım, sən mənim həyatımda oxuduğum ən gözəl hekayəmsən. Hər zaman mənimləsən, qəlbimin ən gözəl yerindəsən. Məndə doğuldun, heç batmayan günəşimsən. Sən mənə Mövlamın verdiyi, bu dünyada aldığım ən gözəl hədiyyəmsən. Yanımda olsan da, olmasan da, məndə qoyduğun və heç silinməyən iz buraxan imzamsan. Keçməyən şirin acımsan. Sən hər iki dünyada mənə lazımsan. Cənnətə birlikdə getdiyim açarımsan. Sən mənim canımsan, qanımsan, bircə qızımsan…”
Minval.İnfo
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Ermənistan 500 km mənzilli PUA-larla güclənir
Mədət Quliyev oğluyla toyda görüntüləndi
Amazon süni intellekt təhlükəsizliyinə çağırır
Çjan İminq Asiyanın ən varlı şəxsi oldu
Alim Qasımovdan Üzeyir Mehdizadəyə böyük dəstək!
Flora Kərimova: Afət Fərmanqızı ilə barışmadım
Sumqayıtda 12 000 manata tam təmirli mənzillər!