Məşhur aktyor koronavirusa qalib gəldi
Martın 16-da koronavirusa yoluxan britaniyalı aktyor İdris Elba infeksiyaya qalib gəlib.
Karantin müddətini həyat yoldaşı, model Sabrina Daur ilə keçirən 47 yaşlı aktyor izolasiya dövrünün onların münasibətinə müsbət təsir etdiyini bildirib.
Bu barədə “AP News”a müsahibəsində danışan İdris COVİD-19 virusunun onların həyatında çevriliş etdiyini açıqlayıb:
“Birlikdə keçirdiyimiz bu təcrübə qorxunc, narahat və əsəbi idi. Həyatımızda yeni səhifə açıldı. Düşünürəm ki, insanlar ildə bir həftə karantin rejimində qalıb, biri-birilərinə lazım olduğunu anlamalıdırlar”.
Qeyd edək ki, İdris Elba koronavirusa yoluxması haqda Tvitter səhifəsində məlumat vermişdi.
O, “Böyük oyun”, “Prometey”, “Tor” kimi filmlərlə məşhurlaşıb.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Fransada xaos davam edir: Le Pen etirazları fürsətə çevirmək istəyir
ABŞ-ın xüsusi elçisi Yəməndə quru müdaxiləsini mənasız adlandırır
Aİ rəsmisi: Süni intellekt kiber təhlükəsizliyi sürətlə dəyişir
Rusiyanın hava hücumları Ukraynada 3 nəfərin ölümünə səbəb oldu
İlon Maskdan gözlənilməz vəd: ABŞ-də hər uşağa SpaceX səhmi verəcək
Almaniya Fransadakı etirazlar üçün səyahət xəbərdarlığı etdi